İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Səlis Danışıq Nitq Və Psixalogiya Akademiyasının Sumqayıt Filialında Bir Neçə Nəfər Qarabağ Qazisi Ilə Görüş Keçirilib
Xəbəral.az xəbər verir ki, Səlis Danışıq Nitq Və Psixalogiya Akademiyasının Sumqayıt Filialında Sumqayıtda yaşayan Qazilərin bir neçəsi ilə görüş keçirilib.

Görüşün məqsədi Azərbaycan dövlətinin Şəhid Ailələri və Qarabağ Qazilərinə göstərdiyi qayğı ilə yanaşı onların problemləri ilə yaxından maraqlanmaq, övladlarına, özlərinə psixoloji həmçinin Loqopedik xidmətləri təmənnasız gostərməkdir.
Səlis Danışıq Nitq Və Psixalogiya Akademiyasının direktoru tanınmış Loqoped-Defektoloq Xavər Abdullayeva Qazilərimizlə söhbəti zamanı Akademiyanın yeni istifadəyə verilmiş Sumqayıt filialı ilə bağlı geniş məlumat verib.

Xəvər xanım söhbəti zamanı qeyd edib ki, Səlis Danışıq və Psixologiya Akademiyası 18 ildir fəaliyyət göstərir. Bu illər ərzində hər zaman dövlətimizin apardığı siyasətə dəstək olaraq, hər zaman Şəhid ailələrinin və eləcə də Qarabağ qazilərinin yanında olub.

Bundan sonra da onlara təmənnasız xidmət göstərilməsi üçün hər bir şəraitin olduğunu qeyd edib.
Bu gün həmçinin cənab prezident İlham Əliyev Şəhid Ailələrinə və Qarabağ Qazilərinin həyat yaşayışlarının yaxşılaşdırılması üçün əlindən gələni edir. Məhz prezident İlham Əliyevin uğurlu siyasəti, Şəhidlərimizin, Qazilərimizin qanı bahasına 30 illik Qarabağ həsrətimizə son qoyuldu.



Xatırladaq ki, tədbirdə Səlis Danışıq Nitq Və Psixalogiya Akademiyasının Sumqayıt Filialının rəhbəri Zəhra Aslanova, elə də də akademiyanın mətbuat xidmətinin rəhbəri Mirismayıl Xələfli də iştirak edib.
Tədbirlə bağlı geniş videonu sizlərə təqdim edirik:
Xəbəral.az























































