Qusar RMX-nın direktoru İmran Qurbanov: “ Unudulmaz alim, mehriban ana, qayğıkeş insan – Zərifə Əliyeva”
Həkim-radioloq Nicat Bağırov: "Böyük alim Zərifə Əliyeva irsi: tibb elminə əvəzsiz töhfələr"
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov – Dövlətə sədaqətin, liderliyə bağlılığın və ictimai xidmətin nümunəsi
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Zərifə Əliyeva fenomeni – elmin, humanizmin və şəfqətin zirvəsi”
Laçında avtomobil qəzasında həlak olan hərbçimizlə Gəncədə vida mərasimi keçirilir
Laçında avtomobil qəzasında həlak olan hərbçimiz gizir Həsən Ümid oğlu İsmayılov ilə vida mərasimi keçirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda Gəncədə yaşadığı evin qarşısında çadır qurulub. Son məlumata görə dəfn saat 13:00-da həyata keçiriləcək.
10:47
Laçında avtomobil qəzasında həlak olan hərbçilərdən biri bu gün saat 12:00-da son mənzilə yola salınacaq.
Oxu.Az-ın məlumatına görə, gizir Həsən Ümid oğlu İsmayılov bu gün saat 12:00-da Gəncə Şəhidlər xiyabanında dəfn ediləcək. 28 yaşlı Həsən İsmayılovun bir qızı və bir oğlu var.
Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz isə xəsarət alıb.
Könül Cəfərli























































