Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Qərbi Azərbaycan İcması Aİ-nin ali nümayəndəsinə cavab verib
Qərbi Azərbaycan İcması Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrelin yenidən yalan danışması, Azərbaycana böhtan atması ilə bağlı dərin hiddətini ifadə edir.
Bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, J.Borrel guya “hərbi müdaxilə”, “güc tətbiq edilməsi” nəticəsində “150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edib:
“Heç ermənilərin özləri 150 min rəqəmini dilə gətirmir və J.Borrelin bu rəqəmi haradan götürməsi suallar doğurur. J.Borreldən soruşuruq: Bəs Ermənistan nə qədər Qərbi azərbaycanlını öz dədə-baba yurdundan deportasiya edib?! Aydındır, ikili standartlara, məsələlərə etnik və dini simpatiya əsasında yanaşdığına görə J.Borrel heç vaxt bu barədə danışmayacaq”.
İcmanın bəyanatında vurğulanıb ki, J.Borrel və Avropa İttifaqı rəsmiləri Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etməsini, etnik təmizləmə həyata keçirməsini, Xocalı soyqırımını törətməsini, şəhər və kəndlərin, mədəni irsin, məscidlərin dağıdılmasını, mina terrorunu heç vaxt pisləməyiblər:
“J.Borrel və Avropa İttifaqı 21-ci əsrdə bir ölkənin paytaxtında-İrəvanda minlərlə insanın “Türksüz Ermənistan” şüarı adı altında aksiya keçirməsini də pisləməyiblər. 2023-cü il sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hədyanlar söyləyən J.Borrel niyə öz çıxışında elə həmin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən düz 27 il qulaqardına vurulmasına toxunmayıb?
“Münaqişə həll edilməyib” deyən J.Borrelə xatırladırıq ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ münaqişəsini həll edib və J.Borrelin və ya hansısa Avropa İttifaqı rəsmisinin fərqli mövqeyi heç nəyi dəyişdirmir.
J.Borrellə Avropa Parlamenti arasında artıq heç bir fərq hiss olunmur. Bu mənada, açıq qalan sual belədir: J.Borel və Avropa Xarici Siyasət Xidməti Avropa Parlamentinə təlimat verir, ya əksinə?
J.Borrelin bu açıqlamasını qətiyyətlə rədd edirik. J.Borrel Azərbaycanın daxili işlərinə müdaxilədən, onun suverenliyini təhdid etməkdən, separatizmə, revanşizmə dəstəkdən əl çəkməlidir. Separatizmi müdafiə etmək belə yaxşıdırsa, o, öz ölkəsində separatizmə dəstək verə bilər. J. Borrel öz açıqlamaları ilə bir daha göstərir ki, regiondan kənar qüvvələrin Cənubi Qafqazda yeri yoxdur və Cənubi Qafqaz geosiyasi rəqabət məkanı olmamalıdır.
J.Borrel və onun kimilərinin sayəsində Avropa İttifaqının Azərbaycan cəmiyyətində nüfuzu lap aşağı düşüb. Yaranmış vəziyyətdə, Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi ola biləcəyi yəqin ki, mümkünsüzdür”.























































