Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

01 Dekabr 2023 07:28Manşet / İqtisadiyyat

Cefri Brayan Straubel: “Azərbaycan neft sənayesində mühüm mövqeyə malik ölkələrdən biridir”

 

“Azərbaycan neft sənayesində mühüm mövqeyə malik ölkələrdən biridir”.

Oxu.Az xəbər verir ki, bunu “Tesla Inc”in həmtəsisçisi və baş texnologiya direktoru Cefri Brayan Straubel “PASHA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən “InMerge” İnnovasiya Sammitinin ikinci günündə deyib.

O bildirib ki, neft sənayesində mühüm yeri olan ölkələrin əsas prioritetlərindən biri karbon emissiyasının azaldılması istiqamətində addımlar atmaq olmalıdır:

“Mənim üçün əsas məqam karbon emissiyasının azaldılmasıdır. Bu isə texnologiyalar sayəsində mümkün olacaq bir prosesdir. Biz mütəmadi olaraq dünya mediasında emissiyaların azalması ilə bağlı xəbərlər görürük. Lakin statistik göstəricilərə baxsaq, hər il dünyada karbon emissiyasının artdığını, rekord həddə çatdığını görərik.

Ümid edirəm, birlikdə bu istiqamətdə ciddi addımların atılmasına nail olacağıq”.