Sədr müavini: "Məhsul festivallarında qiymətləri dövlət tərəfindən tənzimləmək çətindir"
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının Qurultayı keçirilib.
“Neylərəm sənsiz” – Nənə nəvənin qəlbində yaşayan əbədi sevgi. Nuray Kərimli nənəsi Məlahət xanıma ithaf edir.
70 yaşlı sahibkara qarşı hədə-qorxu: Bakının mərkəzində “Kurtlar Vadisi” ssenarisi - MÜRACİƏT VİDEO
Ağdaş Olimpiya İdman Kompleksinin direktoru Tahir Umudovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Bonn görüşlərində gərgin müzakirə: İki gündür gecikən gündəliyin təsdiqi necə reallaşdı?
İlham Əliyev Bakıda keçirilən beynəlxalq simpoziumun iştirakçılarına müraciət ünvanlayıb
Fərid Şəfiyev: "TDT-nin növbəti rəsmi Zirvə görüşü oktyabr ayında Bakıda keçiriləcək"
Vətənpərvər veteran, Heydər Əliyev dövrünün böyük ziyalısı Şəddat Cəfərov: "Heydər Əliyev Azərbaycanın xilaskarıdır".
“McDonald’s Azərbaycan” yerli istehsal olan halal mal ətindən tam istifadəyə keçdiyini elan edib
Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?
Mədəniyyətlərin Birləşdiyi Ölkə konfransı keçirilib
Xezertv.info xəbər verir ki, 21 noyabr tarixində ADA Universitetində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının dəstəyi, Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı və NAYORA-nın təşkilatçılığı ilə “Mədəniyyətlərin Birləşdiyi Ölkə” konfransı keçirilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin mədəniyyətlərarası dialoqda aktiv iştirakını stimullaşdırmaq və ölkəmizdəki multikulturalizm, həmçinin tolerantlıq dəyərlərini təbliğ etməkdən ibarət olub. Qeyd edək ki, layihə çərçivəsində azsaylı xalqların və etnik azlıqların mədəniyyəti, tarixi yaşayışları, adət-ənənələri və onlara göstərilən dövlət qayğısını özündə əks etdirən sənədli film və jurnal hazırlanıb. Jurnal Azərbaycan dilindən əlavə olaraq, 6 dilə tərcümə olunacaq.
Proqrama uyğun olaraq konfrans zamanı ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
NAYORA-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edərək Azərbaycanda yaşayan azsaylı xalqlarla bağlı dövlət tərəfindən atılan məqsədyönlü addımlardan, müharibə dövründə canını torpaqlarımız uğrunda qurban verən azsaylı xalqların nümayəndəsi olan gənclərin qəhrəmanlıqlarından danışmış, həmçinin dövlətin dəstəyi ilə gənclər arasında bu cür təbliğat layihələrinin tez-tez həyata keçirildiyini xüsusilə vurğulamışdır. Ulu Öndərin “Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır” sitatını nümunə gətirərək və ölkəmizin multikulturalizm tarixindən söz açaraq, günümüzdə bu ənənələrin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.
Tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov çıxış edərək öz fikirlərini iştirakçılarla bölüşüblər.
Qeyd edək ki, hazırlanan sənədli film təqdim edildikdən və sərgiyə baxış keçirildikdən sonra panel müzakirəsi öz işinə başlayıb.
NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğunu etdiyi panelin spikerləri qismində İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Ofisinin Baş direktoru vəzifəsini icra edən Vüsal Qurbanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Həzi, Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktorunun müavini Hatəm Gülməmmədov, Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyinin prezidenti Güldanə Dadaşova çıxış edib. Panel müzakirəsi zamanı Azərbaycanın Multikulturalizm Siyasətinin beynəlxalq arenada gənclərimiz vasitəsilə həyata keçirilməsi, müasir mədəniyyətdə ənənəvi dəyərlərin yaşadılması, Azərbaycanda dinlərarası yanaşmalarda tolerantlıq dəyərləri, İslam ölkələri arasında mədəniyyətlərarası dialoqda gənclərin rolu kimi mövzular ətraflı müzakirə olunub, həmçinin iştirakçıların ünvanladığı suallar cavablandırılıb.
Çingiz Mahmudov
AJB-nin üzvü