Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

12 Noyabr 2023 09:54Manşet / İdman

Premyer Liqa: “Zirə” “Qəbələ” ilə, “Qarabağ” “Səbail”lə üz-üzə gələcək

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.

İlk olaraq “Zirə” “Qəbələ”ni qəbul edəcək. “Qartallar” 24 xalla liderdir, “qırmızı-qaralar” səkkiz xalla sonuncu - 10 pillədə qərarlaşıb.

Günün ikinci matçında “Qarabağ” “Səbail”lə üz-üzə gələcək. Ağdam təmsilçisi 23 xalla ikinci, “dənizçilər” 21 xalla dördüncü sıradadır.

16:30. “Zirə” - “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu

19:00. “Qarabağ” - “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (1:0), “Sumqayıt” “Neftçi”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:2) məğlub edib.