Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Bakıda 18 il əvvəl qətl törədən şəxslərlə bağlı QƏRAR
Ali Məhkəmədə Bakıda 18 il əvvəl qətl törətməkdə təqsirləndirilən Fərid Məmmədli və Anar Ağalarovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Məmmədli 15 il və A.Ağalarov isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttiham aktına görə, 18 il əvvəl paytaxtın Yasamal rayon sakinləri - 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi, 1989-cu il təvəllüdlü Aygün Əzizova birgə yaşadıqları mənzildə öldürülüblər. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə A.Ağalarovun mərhum xalası oğlu Teymur Məmmədov və sonuncunun qardaşı F.Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında R.Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə ona məxsus mənzilə qanunsuz olaraq girib bıçaqla çoxsaylı xəsarətlər yetirərək R.Cəlilova və A.Əzizovanı qəsdən öldürmələrinə, daha sonra isə mənzildə olan 600 ABŞ dolları məbləğində pulu götürüb ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanan sübutlar əsasında F.Məmmədli və A.Ağalarova Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib.





















































