Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
Nazir: “İşğal dövründə 52 faydalı qazıntı yatağı vəhşicəsinə istismara məruz qalıb”
“İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalıb. Tarixi torpaqlarımızın işğaldan azad olunması bu ərazilərdə bərpa prosesinin başlanmasına, ölkədə dağ-mədən sənayesinin potensialının genişləndirilməsinə zəmin yaradıb”.
Bu fikirləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beynəlxalq Geologiya- Mədənçilik Forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, bu ərazilərdə iqtisadiyyatın bərpasında böyük rol oynayan zəngin təbii mineral ehtiyatlar var və bu bölgələrimizin yerli və xarici investisiyalar cəlb edilməklə ölkənin ümumi iqtisadı sisteminə inteqrasiyası və burada iqtisadi fəallığın təmin olunması mühüm əhəmiyyət kəsb edir.
“Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinin gələcək iqtisadiyyatında dağ-mədən sənayesi mühüm yer tutacaq, regionun dirçəldilməsinə, yeni iş yerlərinin yaradılmasına, ölkənin ixrac potensialının artırılmasına önəmli töhfə verəcək”, - M.Babayev vurğulayıb.
O bildirib ki, forum dağ-mədən sənayesində yeni innovativ yanaşmaların öyrənilməsi, daxili və xarici investorların bu sahəyə investiya yatırımına təşviq edilməsi, ölkəmizin bu sahədə mövcud imkanları və prespektivlərinə dair xarici və yerli qonaqların məlumatlandırılması və əməkdaşlıq potensialının yaradılması məqsədi daşıyır: “Forumdan əsas gözləntilərimiz Azərbaycanın dağ-mədən sənayesinin bu sahədə dünyada mövcud yeni yanaşmalara adaptasiyası, bir platforma çərçivəsində beynəlxalq və yerli şirkətlərin və mütəxəssislərin görüşünün təşkili, yeni yanaşmaların və texnologiyaların tətbiqinə dair fikir mübadiləsi və əməkdaşlıq, həmçinin işğaldan azad olmuş ərazilər daxil olmaqla, dağ-mədən sənayesi üzrə investisiyaların artmasıdır”.























































