Menu
Xəbər Lenti
Qalibin ədaləti...
30-08-2026, 19:31

Qalibin ədaləti...

Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 14:23

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 14:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 17:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 16:55

Bakıda güclü külək əsir

25 Sentyabr 2023 06:20Manşet / Dünya

Amerikalı milyonçu əbədi gənclik naminə gündə 111 həb içir

 

46 yaşlı Brayan Conson Los-Ancelesdən olan biotexnologiya üzrə sahibkardır. Onun sərvəti yüz milyonlarla dollarla qiymətləndirilir.

Conson ölməməyi qarşısına məqsəd qoyub və son üç ildə “Blueprint” adlı ömrün uzadılması sisteminin hazırlanmasına 4 milyon dollardan çox pul xərcləyib.

Onun səhhətinə təsir edən hər bir qərarı 30 nəfərlik həkim briqadası verir.

Sahibkar “Time” jurnalına müsahibəsində bildirib ki, “Blueprint”in bir hissəsi olaraq o, gündə 111 həb qəbul edir, nəcis toplayır və baş dərisini şüalandıran işıqlı papaq taxır.

Həkimlər deyirlər ki, milyonçunun sümükləri 30, ürəyi isə 37 yaşlı insan kimidir.