Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
Türkmənistan Prezidenti “Xəzər Ekoloji Təşəbbüsü” yaratmağı təklif edib
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Xəzər Ekoloji Təşəbbüsü” yaratmağı təklif edib.
“Report” xəbər verir ki, bu barədə ölkə başçısı BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edərkən söyləyib.
Siyasətçi BMT BA-nın nümayəndələrinə müraciətində xatırladıb ki, ötən ilin yayında Türkmənistanda keçirilən VI Xəzər Sammitində bütün iştirakçılar ekoloji məsələlərdə sıx əməkdaşlığa hazır olduqlarını qəti şəkildə təsdiqləyiblər.
“Hesab edirəm ki, bu, sahilyanı dövlətlərlə BMT arasında geniş və sistemli qarşılıqlı fəaliyyətə başlamaq üçün yaxşı imkanlar açır”, - o qeyd edib və BMT ilə sıx əməkdaşlıq şəraitində Xəzər Ekoloji Təşəbbüsünün yaradılmasını təklif edib.
Onun fikrincə, belə bir təşkilat Xəzər dənizinin ətraf mühitin mühafizəsi, onun bioloji ehtiyatlarının qorunması, bir sıra aktual ekoloji problemlərin həlli ilə bağlı geniş spektrli məsələlər üzrə peşəkar qarşılıqlı fəaliyyət üçün beynəlxalq platformaya çevrilə bilər.
Berdiməhəmmədov Mərkəzi Asiyada ekoloji problemlərə daha çox diqqət yetirməyi də təklif edib. O, “təxminən 80 milyon əhalisi olan, geniş əraziləri tutan, unikal təbii sərvətlərə və biomüxtəlifliyə malik olan və eyni zamanda ciddi ekoloji risklər zonasında yerləşən region üçün BMT-nin hərtərəfli ekoloji strategiyasının formalaşdırılması üçün məqsədyönlü və konkret tədbirlərə başlamağa” çağırıb.
Bu kontekstdə Türkmənistan lideri paytaxt Aşqabadda ixtisaslaşmış strukturun - Mərkəzi Asiyada İqlim Dəyişikliyinə Qarşı Mübarizə ilə bağlı Texnologiya üzrə Regional Mərkəzin yaradılmasını təklif edib.























































