VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Daşkəsən Rayon İcra Hakimiyyətində görüş
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Nəsimi və Binəqədi rayon şöbələrinin sədrləri polkovnik Elmar Hüseynov, Mərdan Ələsgərov 21 avqust 2023-cü il tarixində Daşkəsən rayonunda səfərdə olublar. Onlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Kollektiv foto çəkdiriblər. Sonra Veteranlar Daşkəsən rayon İcra Hakimiyyətində görüş keçiriblər. Görüşdə Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini İcra edən Vüqar Məmmədov, Daşkəsən rayonu İcra Hakimiyyətinin baş məsləhətçisi Malik Ələsgərov, AVMVİB-nin sədri Füzuli Rzaquliyev, Nəsimi, Binəqədi rayon şöbələrinin sədrləri Elmar Hüseynov, Mərdan Ələsgərov, Daşkəsən rayon şöbəsinin sədr müavini Seymur Nağıyev iştirak ediblər.
AVMVİB-nin sədri Füzuli Rzaquliyev və Vüqar Məmmədov veteranların fəaliyyəti, Şəhid ailələri, Qazilər, Veteranlar haqqında fikir mübadiləsi aparılıbdır. Sonra qonaqlar Şəhid gizir Orxan Cəfərlinin evində görüş keçiriblər. AVMVİB -nin sədri Füzuli Rzaquliyev şəhidin ailəsinə böyük hörmət və ehtiramını bildirib və AVMVİB-nin təsis etdiyi «Böyük Zəfər» medalını Şəhid gizir Orxan Cəfərlinin atası Etibar, anası Zəriş Cəfərliyə təqdim edib. Qonaqlar Daşkəsən şəhərində yerləşən Şəhidlər Xiyabanını da ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxunub, xatirə şəkilləri çəkilib.




























































