Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Beynəlxalq Gənclər Günü münasibətilə “YouthLand23” tədbiri keçirilib
“Xezertv.info” xəbər verir ki, 12 avqust tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə “Beynəlxalq fəaliyyətlər ayı” çərçivəsində Gənclər Təşkilatlarının Resurs Mərkəzində “YouthLand23” tədbiri keçirilib.
Tədbirin həyata keçirilməsində əsas məqsəd 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə gənclər üçün bir sıra əhəmiyyətli mövzularda təlim və sessiyalar həyata keçirmək, həmçinin layihə ölkəmizdə yaşayan, təhsil alan və ya işləyən beynəlxalq təşkilatların nümayəndələri və xarici ölkələri təmsil edən gənclərlə, yerli gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin qarşılıqlı əməkdaşlığını təmin etməkdən ibarət olub.
Tədbir rəsmi açılış mərasimi ilə işinə başlayıb. Belə ki, ilk olaraq NAYORA-nın sədri Azər Əliyev çıxış edərək, Beynəlxalq Gənclər Günü ilə bağlı gəncləri təbrik etmiş və tədbir haqqında ümumi məlumat vermişdir. Tədbirin rəsmi qonaqları AR Gənclər və İdman naziri Fərid Qayıbov, BMT nin Resident Əlaqələndirmə ofisinin Rəhbəri Kanako Mabuchi, Millət Vəkili Məzahir Əfəndiyev, AR Gənclər Fondunun İcraçı direktorunun müavini Orxan Ərəbov olub.
Proqrama uyğun “Effektiv qərarvermənin idarəçilikdə rolu” mövzusunda Orxan Şahbaz, “IV Sənaye İnqilabı dövründə Emosional intellektin əhəmiyyəti” mövzusunda Biznes kouç və təlimçi Elçin Əzimli, “Gənclərlə iş müxtəlif ölkələrdə” mövzusunda beynəlxalq platformalı təşkilatların sədrlərinin spikerliyi ilə panel müzakirəsi, “İdeyanın startapa çevrilməsi” mövzusunda Orxan Abbasovun iştirakı ilə paralel sessiyalar keçirilib.
Təlimlər sessiyası yekunlaşdıqdan sonra ölkəmizdə yaşayan, təhsil alan əcnəbilərin təqdimatında mənsub olduqları ölkələrin, yerli gənclər təşkilatlarının nümayəndələrinin təqdimatında isə təşkilatların sərgisi baş tutub.
Qeyd edək ki, 150-ə yaxın gəncin iştirakı ilə baş tutan tədbirin yekununda əyləncəli yığıncaq keçirilib.


































































