Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
Vətənpərvər iş adamı Fəxrəddin Bəşirov: “20 Yanvar – Qanla yazılan tarix, sönməyən azadlıq məşəli”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “20 Yanvar – Qanlı gecə və azadlıq yolu”
Pərvanə İmamquliyeva: “20 yanvar- Dilində Vətən andı, ruhunda Azadlıq sevdası olanların əziz xatirəsinə...”
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
20 Yanvar faciəsi – Ulu Öndərin qəti mövqeyi və Müzəffər Liderin davam etdirdiyi azadlıq yolu
"Stimul Hospitalı"nın rəhbəri Bəxtiyar Ələkbərli: 20 Yanvar faciəsi – Azadlıq yolunda qanla yazılan tarix
Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov: 20 Yanvar – Azadlıq və dövlətçilik dərsi
İş adamı Cəbrayıl Cəbrayılov: 20 Yanvar – Qanla yazılan tarix, azadlıqla taclanan yaddaş
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov: 20 Yanvar – Millətin sınağı, azadlığın doğulduğu gün
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 20 Yanvar – Qanla yazılmış tarix, qürurla yaşayan xatirə
Taleh Məmmədov: Ulu Öndər Heydər Əliyevin 20 Yanvara verdiyi tarixi-siyasi qiymət. Milli qürurun və dövlətçilik düşüncəsinin təcəssümü
Zərniyar Kərimova: 20 Yanvar həqiqətlərinin müdafiəçisi. Ulu Öndər Heydər Əliyevin tarixi-siyasi mövqeyi
Vətənpərvərlik missiyası
Müsahibim "Vətən Müharibəsi Veteranları Təşkilatı" nın Səbail Rayon Şöbəsinin "İnsan Resursları Departamenti"nin rəisi İsmayılov İsmayıl Vahab oğludur.
İsmayılov İsmayıl Vahab oğlu 1962-ci il 01 mart Saatlı rayonunda anadan olmuşdur. Orta məktəbi Saatlı rayonunda bitirib, 1980-ci ildə Almaniyada hərbi xidmətə gedib, 1981-1982-ci illərdə Əfqanıstanda hərbi xidmət keçib. Hərbi xidməti başa vurandan sonra İsmayıl müəllim Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. Texnikumu bitirdikdən sonra o, 1986-cı ildə Saatlı rayonu 184 nömrəli Texniki Peşə Məktəbində xüsusi texnologiyalar üzrə müəllim kimi fəaliyyətə başlamışdır.
İsmayıl müəllim 1989-cu ildə Leninqrad Şəhər Kənd Təsərrüfatı İnistutuna (qiyabi) daxil olmuşdur. İsmayılov İsmayıl Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən Saatlı Rayon Araz Kinoteatrının direktoru vəzifəsinə dəvət alır. 2001-ci ildə Azərkino İstehsalat Birliyi ləğv edildikdən sonra o, Saatlı Rayon Telekommunikasiya Təşkilatında şöbə müdiri vəzifəsində çalışır. Bir müddətdən sonra ailə vəziyyəti ilə əlaqədar İsmayıl müəllim Bakı şəhərinə köçmüşdür. Bakıda o, Rusiya-Bakı Diasporları sahəsində fəaliyyət göstərməyə başlayıb, ictimai işlərilə məşğul olur. 2014-cü ildə İsmsyıl müəllimin ömür-gün yoldaşı dünyasını dəyişir. Sonra İsmayıl müəllim Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Xanım Əliyevayanın qəbulunda olaraq, işlə əlaqədar müraciət edir. Mehriban Xanım Əliyevayanın təşəbbüsü ilə İsmayıl müəllim Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinə göndərilir və onların tövsiyyəsi ilə Respublika Veteranlar Təşkilatının Beynəlxalq Əlaqələr şöbəsində işlə təmin olunur. 2018-ci ildə İsmayıl müəllim çalışdığı həmin təşkilatın hərbi-vətənpərvərlər şöbəsində mütəxəssis kimi fəaliyyətinə davam edir. İsmayıl müəllim işlədiyi bu müddət ərzində orden və medallarla, fəxri fərmanlarla təltif olunmuşdur.
Kovid-19 Pandemiya dövründə respublikamızın 54 rayonunda müxtəlif xeyriyyəçi aksiyalar keçirmişdir, ikinci dünya müharibəsi veteranlarına qayğı məqsədilə aksiyalara davam etmişdir. 2021-ci ilin fevral ayında ştat cədvəlində ixtisarlar getdiyindən İsmayıl müəllim də ixtisara düşmüşdür.
İsmayılov İsmayıl Vahab oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Dərbənd şəhərinin fəxri üzvüdür, Rusiya - Azərbaycan Diasporlar Konqresinin üzvüdür. Hal-hazırda "Respublika Vətən Müharibəsi Veteranları Təşkilatı" nın Səbail Rayon Şöbəsinin sədri vəzifəsində çalışır.
Ailəlidir, üç övladı var.
İsmayıl müəllim bu gün də öz vətənpərvərlik missiyasını davam etdirir. İsmayıl müəllim hər zaman Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarının yürütdüyü siyasi kursu daim dəstəkləmiş və bu gün də gəstəkləməkdə davam etməkdədir.
İsmayıl müəllimin fəaliyyət göstərdiyi təşkilatın nəzdnində, daxili qərarla "Yupiter" Beynəlxalq Təhlükəsizlik Xidməti yaradılmışdır. Məqsəd Muharibə Veteranları, qazilər və şəhid övladlarını işlə təmin etməkdir.
Söhbət əsnasında İsmayıl müəllim söylədi: "Təşkilatın sədri hörmətli Fəqan Nəcəfzadənin atdığı bu müdrik, xeyirxah addım, mən deyərdim ki, əsl vətənpərvərlik nümunəsidir. Müharibə Veteranlarını, igid qazilərimizi, qəhrəman şəhidlərimizin bizə əmanət qoyduqları övladlarını işlə təmin etmək-ən müqəddəs amal, dövlətimizə, dövlətçiliyimizə dayaq, Möhtərəm Prezidentimizə dəstək, Allah Dərgahında da ən böyük savabdır. Bu xeyirxah, vacib təşəbbüsünə görə hörmətli sədrimiz Fəqan müəllumə bütün kollektivimiz adından dərin təşəkkürümüzü bildiririk.
Fürsətdən istifadə edərək, respublikamızda fəaliyyət göstərən bütün təşkilatlara, Səhiyyə və Təhsil Nazirliklərinə, İcra Hakimiyyətlərinə müraciət edərək bizimlə əməkdaşlıq etməyə dəvət edirik".
Biz də media qurumu olaraq, "Müharibə Veteranları Təşkitının Səbail Rayon Şöbəsinin" başda hörmətli sədr Fəqan Nəcəfzadə və İsmayıl müəllim olmaqla bütün kollektivinə bu Müqəddəs işlərində uğurlar arzulayırıq.
Səmimi söhbət və müsahibəyə görə də İsmayıl müəllimə dərin təşəkkürlırimizi bildiririk.
Fərid Faiqoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatçısı,
Ehtiyatda olan baş leytenant






















































