ISW Putinin Ukraynada müvəqqəti idarəetmə ilə bağlı bəyanatlarının mahiyyətini izah etdi
"Avant Group" rəhbəri Əli Hüseynovun tapşırığı ilə ağaclar kəsildi-Baş Prokurorluq araşıdırma aparacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib və görülən tikinti işləri ilə tanış olublar
Ermənistan XİN başçısı: Azərbaycanla sülh sazişini mümkün qədər tez imzalamaq lazımdır
"Bu, bizi sülhə yaxınlaşdırmır": Zelenski Trampın xüsusi nümayəndəsini sərt tənqid etdi
Şəhid ailələrinin bacısı - xeyirxah humanist xanım
Əziz oxucular - Şəhid ailələrinin bacısı, 9 kitab müəllifi, “Vətən Fədailəri Layihəsi”nin rəhbəri, şairə-publisist Manya Səxavətqızı fədakar fəaliyyətinə, hər zaman şəhid ailələrinin yanında olan, onların yaşayış şəraitinin, social rifahının yaxşılaşmasına, vətənpərvər ziyalı xanım kimi çox mühüm layihələrin müəllifidir. “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur” söyləyən Manya xanımın həyat amalı başqalarına əl tutmaq, xeyirxahlıq göstərməkdir.
Milli mənəvi irsimizi bəşəri dəyərlərlə vəhdətdə inkişaf etdirən, Azərbaycan qadınının simvolu olan Manya xanımın fəaliyyətinə verilən qiymət onun xeyirxah-humanistlik, insanlıq missiyasının göstəricisi olmaqla ölkəmizdə şəhid ailələrinin, Vətən müharibəsi əlillərinə, kimsəsiz və soial baxımdan həssas olan ailələrinə qayğısı təcəssümü kimi diqqəti cəlb edir.
Manya xanım şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən, səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. İstər pandemiyanın sərt dövründə, istərsə də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əks-hücum əməliyyatı zamanı ölkə vətəndaşlarına əlindən gələn köməkliyini göstərmiş, və onların qayğısına qalmışdır.
Manya Səxavətqızı gənc olmasına baxmayaraq, şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.
Gələcək illərdə humanizm ideyalarını əks etdirən layihələrin həyata keçirilməsi ilə daha geniş anlamda fəaliyyətini genişləndirəcək Mehriban xanım Əliyeva xeyirxahlıq duyğuları ilə neçə-neçə insana yardım göstərəcək, yaşam sevinci bəxş edəcək.
Fərid Faiqoğlu
“Xezertv.info” informasiya agentliyinin baş redaktoru,
AJB-nin üzvü