Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
“Neftçi” Avropanın perspektivli məşqçilərindən biri ilə müqavilə imzalayıb
“Neftçi”nin yeni baş məşqçisi bəlli olub.
“Report”un məlumatına görə, paytaxt klubu Avropanın perspektivli mütəxəssislərindən biri hesab olunan Adrian Mutu ilə müqavilə imzalayıb.
Bir neçə müddətdir tərəflər arasında davam edən danışıqların yekununda klub rəhbərliyi öz planları və islahatlar vəd edən gələcək layihələri ilə rumıniyalı mütəxəssisi razı salıb.
Rumıniya mətbuatında Mutunun “Neftçi”dəki qazancı haqqında müxtəlif spekulyasiyalar və iddialar səsləndirilsə də, əldə etdiyimiz məlumata görə, onun Bakı klubundan alacağı məvacib iddia olunandan qat-qat azdır.
Məşqçilik karyerasına nisbətən tez – 37 yaşında başlayan və baş məşqçi kimi sonuncu iş yeri Buxarestin “Rapid” klubu olan Mutu müxtəlif vaxtlarda ölkəsinin “Voluntari”, “Universitatea Krayova”, həmçinin BƏƏ-nin “Əl-Vəhdət” klubunda və Rumıniya millisinin gənclər komandasında işləyib.
Futbolçu kimi çox uğurlu karyeraya malik olan eks-hücumçunun ən parlaq illəri İtaliyada keçib. O, bu ölkənin “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina” kimi klublarında çıxış edib.
Bundan əlavə, İngiltərədə “Çelsi”, Fransada isə “Ayaçço”nun da formasını geyinmiş Mutu əfsanəvi məşqçilər – Marçello Lippi, Klaudio Ranyeri, Joze Mourinyo, Fabio Kapello, Çezare Prandelli kimi mütəxəssislərin rəhbərliyi altında çıxış edib, onlardan futbolun sirlərini öyrənib.
Məşqçi kimi isə özünü ötən mövsüm uzun illər sonra “Napoli”yə A seriyası çempionluğunu qazandıran Luçano Spalettinin yetirməsi hesab edən Mutu oynatdığı oyun tərzi ilə də italiyalı mütəxəssisə bənzəyir. Maraqlıdır ki, “Fiorentina”da çıxış etdiyi zamanlarda Spaletti hücumçunu o zamanlar çalışdırdığı “Roma”ya transfer etmək istəmişdi. Keçid alınmasa da, ikili arasında o vaxtdan qalma dostluq münasibətləri mövcuddur.
Komandasına daha çox hücum və pressinqə əsaslanan taktika aşılayan rumıniyalı məşqçi aqressiv oyuna üstünlük verir. Bir çox futbol şərhçilərinin fikrincə, gənc olmasına baxmayaraq, özünü yetərincə təsdiqləmiş Mutu A seriyasında belə, klub çalışdırmaq iqtidarındadır.
Qeyd edək ki, Rumıniya millisinin tarixində əfsanəvi Georgi Haci ilə birlikdə ən çox qol vuran oyunçu da (35 qol) məhz Adrian Mutudur.























































