"TURAN" Türk Dövlətləri Müharibə Veteranları Birliyinin növbəti işgüzar görüşü Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirildi.
Millət vəkili Məşhur Məmmədov: “Seçiciləri maraqlandıran məsələlərin ən qısa zamanda həlli bizim üçün prioritetdir”
“Qurtuluşdan Zəfərə uzanan dövlətçilik yolu: Heydər Əliyev strategiyasından İlham Əliyev liderliyinə”
YAP Səbail rayon təşkilatının keçirdiyi “Qurtuluş məfkurəsi: xilaskarlıq missiyasından Zəfər salnaməsinə” adlı tədbir çərçivəsində müsahibə
Metronun “Əhmədli” stansiyasında sərnişinlərlə polis arasında insident: Saxlanılanlar var
Bakı metrosunun “Əhmədli” stansiyasında polislə sərnişinlər arasında insident yaşanıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Sərnişinlər tərəfindən qeydə alınan kadrlarda bir neçə şəxsin polis tərəfindən saxlanıldığı görünür.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, insident iyulun 5-də metronun “Əhmədli” stansiyasında qeydə alınıb. Belə ki, polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq, iki qadın sərnişindən əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər. Onlar isə polisin qanuni tələbinə tabe olmaq istəməyərək, qışqırmaqla ictimai asayişi pozmağa cəhd ediblər.
“Daha sonra hadisə yerinə qadınların qohumları yaxınlaşaraq, polisə müqavimət göstərməyə çalışıblar. İctimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan şəxslər saxlanılıblar. Onlar barəsində inzibati protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib”, - deyə nazirliyin məlumatında vurğulanıb.
Sosial şəbəkələrdə yayılan həmin görüntüləri təqdim edirik:
Aysel Aslan























































