Xəbər Lenti
Bugün, 21:24
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Bugün, 20:45
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Bugün, 18:11
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Bugün, 13:23
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Dünən, 12:12
Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
03 Dekabr 2022 02:43İdman
Mundiallar tarixinin ən yaşlı braziliyalı futbolçusu, qırılan məğlubiyyətsizlik seriyası FOTOREPORTAJ
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının G qrupunun sonuncu turunda Kamerun millisi Braziliya yığmasını 1:0 hesabı ilə məğlub edib. Ancaq bu qələbə komandanın mərhələ adlaması üçün yetərli olmayıb. Braziliya seçməsi isə 6 xalla qrup lideri kimi səkkizdəbir finala vəsiqə qazanıb.
Bu oyunda meydana çıxan Dani Alves Braziliya futbolunun tarixinə düşüb. Belə ki, o, mundiallar tarixində çıxış edən ən yaşlı braziliyalı adına sahib olub. Kamerun ilə matça müdafiəçi 39 yaş, 6 ay, 27 günlüyündə çıxıb. 2006-cı ildə Braziliya millisində debüt edən D.Alves 124 oyunda 21 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliya millisinin dünya çempionatlarının qrup mərhələsindəki məğlubiyyətsizlik seriyası qırılıb. Qətərdə qrup mərhələsi çərçivəsində Serbiyanı 2:0, İsveçrəni 1:0 hesabı ilə məğlub edən Braziliya millisi sonuncu dəfə 1998-ci il dünya çempionatının qrup mərhələsində Norveçə 1:2 hesabı ilə uduzmuşdu.
AZƏRTAC Kamerun – Braziliya oyunundan maraqlı görüntüləri təqdim edir. Fotolar “Çempionat” saytının fotomüxbirinə məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin