ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Baş məşqçiyə görə hər oyunda 25 min avro cərimə ödəyirlər
Fransa Birinci Futbol Liqası (Ligue 1) klublarından “Monako” oktyabr ayında işə gətirdiyi Sebastiyen Pokoqnolinin diplomu olmadığı üçün hər matçda cərimə ödəyir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “L’Equipe” qəzeti məlumat yayıb.
Bildirilib ki, Adi Hütterin yerinə baş məşqçi təyin olunan 38 yaşlı Pokoqnoli BEPF (Peşəkar Futbol Təlimçisi Diplomu) və ya ona bərabər diplom sahibi olmadığı üçün klubu hər matç üçün 25 min avro cərimə ödəməli olur.
İndiyədək 17 matçda (14 liqa, 3 kubok) komandaya rəhbərlik edən belçikalı məşqçi üçün “Monako” 425 min avro cərimə ödəyib. Klub UEFA Çempionlar Liqasında isə hər hansı bir sanksiya ilə qarşılaşmır.
Qeyd edilib ki, “Monako” rəhbərliyi cərimədən yayınmaq üçün bir matçda Pokoqnolinin köməkçisi Damien Perrineli baş məşqçi kimi heyət siyahısına yazıb, amma onun da təhsili davam etdiyi üçün yenə cərimə ödənib. Perrinel bu vəziyyətdən istifadə edərək, maaşının artırılmasını təmin edib.
Klub Perrinelin adını siyahıya yazmaqla da problemi həll edə bilməyincə, heyət siyahısında baş məşqçi bölməsini boş qoymağa başlayıb.
Belçikalı məşqçi mövsümü tamamlayarsa, “Monako” ümumilikdə 750 min avro cərimə ödəyəcək. Klubdan verilən açıqlamada qeyd olunub ki, oktyabr ayında 38 yaşlı məşqçi ilə danışıqlar zamanı bu qayda nəzərə alınıb və maaş buna uyğun tənzimlənib.
Ligue 1-də 21 matçdan sonra 8 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət nəticəsi ilə 28 xal toplayan “Monako” 10-cu pillədə qərarlaşıb. UEFA Çempionlar Liqasında isə 21-ci yeri tutaraq son 16 mərhələyə yüksələn Fransa təmsilçisi bu mərhələdə digər Fransa klubu PSJ ilə qarşılaşacaq. “Monako” Fransa Kubokunda isə mübarizəni dayandırmışdı.























































