Menu
Xəbər Lenti
İkram Kərimov vəfat etdi
2-08-2026, 12:02

İkram Kərimov vəfat etdi

Bu gün imtahan var
2-08-2026, 11:58

Bu gün imtahan var

İrana hücumu ləğv etdi
2-08-2026, 11:54

İrana hücumu ləğv etdi

Prezidentlər təltif olundu
31-07-2026, 12:05

Prezidentlər təltif olundu

08 Mart 2024 08:02Manşet / Gündəm / Siyasət

Prezident: “İslamofobiya bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir”

 

“Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda bildirilib.

Qeyd olunub ki, son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi bu ölkələrin payına düşür. “İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir”, - deyə dövlətimizin başçısı məktubunda vurğulayıb.