Menu
Xəbər Lenti
60 YAŞ NƏDİR HƏLƏ...
20-06-2021, 12:07

60 YAŞ NƏDİR HƏLƏ...

“Wolt” artıq Gəncədə!
18-06-2021, 11:01

“Wolt” artıq Gəncədə!

Şuşa Bəyənnaməsi
18-06-2021, 10:47

Şuşa Bəyənnaməsi

Sabaha olan hava proqnozu
17-06-2021, 14:26

Sabaha olan hava proqnozu

TƏBRİK EDİRİK!!!
17-06-2021, 09:02

TƏBRİK EDİRİK!!!

Mələk simalı həkimim
16-06-2021, 12:09

Mələk simalı həkimim

06 iyn 11:11Gündəm / Sosial

Agentlik Elşad Quliyevin iddialarına cavab verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Eskpertiza və Reabilitasiya Agentliyi bəzi sosial şəbəkə səhifələrində yayılmış videoda Quliyev Elşad Elbrus oğlunun ona əlillik təyin edilməməsi ilə bağlı narazılığı, səsləndirdiyi ittihamlara cavab verib.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Agentlik feysbukda bildirib ki, ötən illərdə Elşad Quliyevə hərbi səbəblə əlaqədar əlillik təyin olunsa da, əyani müayinə zamanı onun sağlamlıq durumunun əlillik təyinatına əsas yaratmadığı müəyyən edilib:
“Həkim-ekspertlərin, aidiyyəti qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə aparılan müayinədə yerli tibb müəssisəsi tərəfindən E.Quliyevlə bağlı təqdim edilmiş göndərişdəki (forma 88) diaqnoz (kəllədaxili travma, kəllə-beyin travmasının qalıq əlamətləri və digər bu kimi diaqnozları) təsdiqini tapmayıb. Müayinədə iştirak edən QHT nümayəndələri də bu şəxsin sağlamlığında əlillik əlamətləri olmadığını təsdiqləyiblər”.
Agentlik bildirib ki, bu səbəbdən həmin şəxsə əvvəlki dövrlərdə aparılmış əlillik təyinatının əsassız olduğu müəyyən edilib və əlillik müddəti uzadılmayıb.