Xəbər Lenti
Ənənəvi təhsilin bərpası xəbərlərinə rəsmi reaksiya

Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, tədris ilinin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa, bu, ilk növbədə, Təhsil Nazirliyinin resurslarında paylaşılacaq.
Qeyd edək ki, hazırda pandemiya ilə əlaqədar olaraq orta və ali təhsil müəssisələrində dərslər onlayn şəkildə keçirilir.