Xəbər Lenti
Dün, 10:22
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dün, 10:10
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
25-04-2024, 12:01
Cəlil Xəlilov: “Bu, Prezidentimizin Ermənistan və onu silahlandıran dövlətlərə növbəti xəbərdarlığıdır”
24-04-2024, 07:00
Kürdəmirdə narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb - FOTO
24-04-2024, 06:04
Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
Tibbi maskanın ləğvi yoluxma sayını artıra bilər? - AÇIQLAMA
Ölkəmizdə maska qadağasının yığışdırılması koronavirusa yoluxanların sayını artırmayacaq.
Bunu sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda COVID-19-a yoluxanların sayı azalıb.
"Bunun da əsas səbəbi vətəndaşlarımızın könüllü vaksinasiya prosesinə ciddi yanaşmasıdır. Ölkəmizdə vaksinasiya prosesinin sürətli getməsi qapanmaların açılmasına səbəb olur. Əsas səbəblərdən biri də "omikron" ştammının yoluxduruculuq qabiliyyətinin yüksək olmasıdır. Bu səbəbdən vətəndaşlarımızın böyük əksəriyyəti virusa yoluxub. Bununla da kütləvi immunitet formalaşıb. Bütün bunlara görə ölkəmizdə pandemiya ilə əlaqədar qaqdağaların çoxu götürüldü. Maska qadağasının yığışdırılması da buna sübutdur. Amma bu o demək deyil ki, maskalardan tamamilə istifadəyə son qoymalıyıq. Qapalı yerlərdə maska taxılması tövsiyə olunur", - deyə o bildirib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.
Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanları ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.