Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

15 Ock 22:09Hadisə

Yasamal rayonunda 7 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin ərazi şöbə və bölmələrinin ilin əvvəlindən rayon ərazisində keçirdikləri əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 14 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qanunsuz dövriyyədən külli miqdarda - 7 kiloqrama yaxın heroin, eləcə də digər növdən olan narkotik vasitə və psixotrop maddə olan metamfetamin çıxarılıb. Saxlanılanlardan üçü - Elnur Hüseynov, tanışı Rəhman Hüseynov və Emil Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olublar. Onlar narkotikləri sosial şəbəkələr vasitəsilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiklərini bildiriblər. Aşkarlanan faktlarla bağlı rayon polis idarəsinin İstintaq şöbəsində araşdırmalar davam etdirilir. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.