Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

22 Ekm 10:46Manşet / Gündəm

İcma: “Fransanın Ermənistanla silah sazişinin imzalayacağı barədə açıqlama ciddi narahatlıq doğurur”

 

“Fransanın müdafiə nazirinin Ermənistanla ən yaxın zamanda silah sazişinin imzalanacağı barədə açıqlaması ciddi narahatlıq doğurur”.

Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.  

Qərbi Azərbaycan İcması hesab edir ki, Fransanın Ermənistana silah satması, ilk növbədə, Azərbaycana qarşı düşmənçilikdir. Bundan başqa, Fransa müxtəlif beynəlxalq təşkilatlarda da Azərbaycana qarşı çirkin fəaliyyətini davam etdirir.

Fransa tərəfindən Ermənistana silah verilməsi bu ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir. Açıq-aşkar görünür ki, regionda sülhün bərqərar olması rəsmi Parisə hec cür sərf etmir. Fransa Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır və bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir. Bu ölkə 21-ci əsrdə belə hələ də müstəmləkə təfəkküründən, “Şərq xristianlığına dəstək” kimi irqçi yanaşmadan əl çəkə bilmir.

Əminik ki, Fransa “vasitəçilik” səylərində tam məğlubiyyətə uğradığı kimi, Ermənistanın silahlandırması siyasətində də uğursuzluğa düçar olacaq. Cənubi Qafqaz regionu Fransasız daha gözəl görünür.