Xəbər Lenti
Bugün, 13:39
Botanika İnstitutunun alimləri Şərqi Zəngəzur icmalarına biomüxtəlifliyi tanıtmaq üçün dəyirmi masa keçirib
Bugün, 10:22
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bugün, 10:10
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
Bugün, 08:59
Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir
24-04-2024, 07:00
Kürdəmirdə narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb - FOTO
24-04-2024, 06:04
Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
30 Ara 06:41Cəmiyyət
“Sehrli Yeni il” bayram proqramı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarların iştirakı ilə hazırlanıb
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin birgə əməkdaşlığı nəticəsində dekabrın 27-28-də 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xeyriyyə məqsədli “Sehrli Yeni il” adlı bayram proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə hər gün 120 nəfər olmaqla, həssas əhali qrupuna aid 250-yə yaxın uşaq iştirak edib. Tədbirin birinci hissəsində uşaqlar üçün sehrbazların, dj-lərin, Yeni ilin ənənəvi qəhrəmanlarının iştirakı ilə əyləncəli proqram və köpük şousu nümayiş olunub.
Abdulla Şaiqin əsəri əsasında mərkəzin benefisiarlarının və rəqqasların ifasında səhnələşdirilmiş “Tülkü həccə gedir” tamaşasının premyerası keçirilib. Tamaşanın quruluşu səhnə ifaçılığı istiqaməti üzrə təlimçilik Əbdülqəni Əliyevə məxsusdur. Səhnə əsərindəki əsas personajları Əli Əsədov, Fərid Firyazzadə, Aslan Məmmədov, Rəşid Mikayılov, Ləman Məmmədova, Babək İsmayılov və Fatimə Məmmədova canlandırır. Səhnə libaslarını mərkəzin dərzilik və modelyerlik studiyasında təlim alan benefisiarlar hazırlayıb.
“Mc Donalds Azərbaycan” şirkəti, “Ağ çiçəyim”, “Sensum by Amapola” və Azərbaycan Badminton Federasiyasının təşkilati dəstəyi ilə keçirilən tədbirdə uşaqlara müxtəlif hədiyyələr və bayram sovqatları paylanılıb.