Menu
Xəbər Lenti
ÖMRÜN BARLI ÇAĞLARI
29-11-2022, 14:43

ÖMRÜN BARLI ÇAĞLARI

24 sen 10:50Gündəm / Kriminal

Sosial şəbəkədən aldığı narkotiki satmaq istəyəndə ələ keçdi


Sosial şəbəkə vasitəsilə əldə etdiyi narkotiki satmaq istəyən Astara sakini saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Firudin Nəsirov saxlanılıb. 
Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ayrı-ayrı bükümlərdə ümumilikdə üç kiloqramdan artıq heroin, 162 qram metamfetamin və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı F.Nəsirovun həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkə vasitəsilə əlaqə yaratdığı xaricdə yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdiyi müəyyən edilib.
Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha üç nəfər rayon sakini saxlanılıb və şəxsi axtarış zamanı onlardan heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın