Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

24 Şub 21:45Cəmiyyət

Ağcabədi və Qubada Uşaq Reabilitasiya Mərkəzlərinin tikintisinə başlanılacaq

Əlilliyi olan uşaqlar üçün reabilitasiya infrastrukturunun respublikamızın bölgələri üzrə genişləndirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağcabədi və Qubada Uşaq Reabilitasiya Mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu il ərzində hər iki mərkəzin tikintisinə başlanılması planlaşdırılır.

Bölgələrdə yeni uşaq reabilitasiya müəssisələrinin yaradılması regionlarda yaşayan əlilliyi olan uşaqların bərpa müalicəsi imkanlarının, onların reabilitasiya xidmətlərinə əlçatanlığının artırılmasına xidmət edir.

Son illərdə nazirliyin reabilitasiya və sosial xidmət müəssisələri əsaslı təmir olunaraq yenidən qurulmaqla, 2021-ci ildə Qəbələ rayonunda Uşaq Reabilitasiya Mərkəzi inşa olunaraq istifadəyə verilib. Hazırda, həmçinin Bakıda iki uşaq reabilitasiya müəssisəsi fəaliyyət göstərir.

Həmin mərkəzlərdə əlilliyi olan uşaqlar tibbi, sosial, tədris-peşə reabilitasiyası xidmətləri ilə əhatə olunurlar.