Menu
Xəbər Lenti
“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

11 Mrt 03:22Dünya

Aİ-nin ardınca İsveçrə də Suriyaya qarşı sanksiyaları altı ay müddətinə yumşaldıb

İsveçrə Avropa İttifaqının ardınca zəlzələdən zərər çəkmiş əhaliyə humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün Suriyaya qarşı sanksiyaları altı ay müddətinə yumşaldıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.

Qərar zəlzələdən zərərçəkən Suriya xalqına humanitar yardımın sürətlə çatdırılmasını asanlaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, Aİ sanksiyaya məruz qalan şəxslərə humanitar yardımın ötürülməsi üçün əvvəlcədən icazə tələbini altı ay ərzində aradan qaldırıb.

Bununla da İsveçrə son 7 gündə Suriyaya qarşı sanksiyaları ikinci dəfə yumşaldıb. Martın 3-də hökumətdən vəsait alan humanitar qurumlara sanksiyalar altında olan şəxslərə və təşkilatlara aktivlər verməyə icazə verilib. Martın 10-dan bu qərar altı ay müddətinə uzadılıb.