Xəbər Lenti
1-06-2026, 21:41
Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
1-06-2026, 21:35
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
1-06-2026, 17:09
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
30-05-2026, 22:46
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
30-05-2026, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
30-05-2026, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 17:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
15 Mart 2023 00:05Dünya
Polşa Mərkəzi Avropanın enerji mərkəzinə çevrilmək niyyətindədir
Polşanın məqsədi Mərkəzi Avropa üçün enerji habı və enerji təhlükəsizliyi təminatçısına çevrilməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mariuş Moravietski enerji təhlükəsizliyinə dair Polşa-Ukrayna konfransında danışıb. O bildirib ki, ölkəsinin hədəfi Mərkəzi Avropa üçün enerji habına, xüsusilə də qaz habına çevrilməkdir. Polşa hökumətinin planı artıq tikilmiş interkonnektorlar və qaz kəmərlərinə, eləcə də ölkənin müasir nüvə enerjisinin qurulmasına gələcək investisiyalarına əsaslanır.
Baş nazir xatırladıb ki, Polşa artıq mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu, saxlanması və yenidən qazlaşdırılması üçün üzən terminala sərmayə qoyub və Baltik dənizi sahillərində Qdansk yaxınlığında Naftoport xam neft emalı zavodunu genişləndirir: “Bu infrastruktur gələcəkdə Polşadan olan alıcılar, eyni zamanda, Ukrayna, Çexiya, Slovakiya, Macarıstan kimi ölkələrdən olan tərəfdaşlarımız tərəfindən istifadə edilə bilər”.
O, həmçinin əlavə edib ki, Polşa və Çexiya Stork II qaz konnektorunun və iki ölkə arasında digər transsərhəd enerji körpülərinin tikintisi üzrə birgə layihəyə qayıtmağı planlaşdırır.
Moravietskinin sözlərinə görə, Ukrayna və qonşu ölkələrlə enerji əməkdaşlığı, “həmçinin Polşanın milli maraqlarının elementidir”.
“Biz artıq Ukraynada birgə mədən və kəşfiyyat layihələrinə dəvət almışıq. Təbii ki, orada sülh olmalıdır, lakin belə layihələr mümkündür. Danışıqlar müxtəlif sahələrə, o cümlədən Qərbi Ukraynada qaz kəşfiyyatına aiddir”, - deyə hökumət rəhbəri enerji sahəsində Ukrayna ilə əməkdaşlığın perspektivlərindən də bəhs edib.