Menu
Xəbər Lenti
QƏLPƏ YADDAŞI
Dünən, 20:03

QƏLPƏ YADDAŞI

Ceyhun Bayramov İraqa getdi
7-05-2025, 07:32

Ceyhun Bayramov İraqa getdi

Çaylarda sululuq artdı
5-05-2025, 08:24

Çaylarda sululuq artdı

12 İyul 2023 09:38Manşet / Gündəm

Ermənilər Şuşa və Laçın istiqamətində mövqelərimizi atəşə tutublar

 

İyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Bundan başqa, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.