Xəbər Lenti
Dünən, 08:17
Fransa xüsusi xidmət orqanlarının Bakıda əyləncə adı ilə yaratdıqları assosiasiyada nələr baş verib?
22-07-2025, 19:06
Şəkər Sadıqova: “Milli Mətbuatımızın 150 illiyi münasibətilə bütün media nümayəndələrini təbrik edirəm!”
22-07-2025, 10:12
"Zəfəryolu.az" informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının Milli Mətbuatın 150 illiyi münasibətilə təbriki
22-07-2025, 08:51
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev –“Milli Mətbuat Günü – sözün, qələmin və həqiqətin bayramıdır”
21-07-2025, 20:32
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: "Əziz media nümayəndələri, 150 illik yubileyiniz mübarək!"
21-07-2025, 20:31
Bioloji Təbabət–İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: Milli Mətbuatımızın 150 illiyi münasibətilə bütün media işçilərini təbrik edir.
21-07-2025, 20:28
“Şirvan Operating Company Ltd” şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: Azərbaycan mətbuatı son 150 ildə böyük inkişaf yolu keçmişdir
21-07-2025, 20:27
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Əkinçi”dən bu günə – Azərbaycan mətbuatının 150 illik İNKİŞAF YOLU
12 Yanvar 2023 19:54Cəmiyyət
Azərbaycan sosial dövlət statusunu 2023-cü və növbəti illərdə də qoruyub saxlayacaq
Cari ildə ölkəmizdə sosial təminatın gücləndirilməsi ilə bağlı tədbirlər davam etdiriləcək. Yeni ilin ilk həftəsində Prezident İlham Əliyev tərəfindən “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalandı. Bu sərəncam minimum əməkhaqqının artmasını, əmək pensiyasının minimum məbləğinin, sosial müavinət və təqaüdlərin artımı ilə bağlı Nazirlər Kabineti tərəfindən təkliflərin hazırlanmasını özündə ehtiva edir.
Bunu AZƏRTAC-a Milli Məclisin üzvü Vüqar Bayramov deyib. O bildirib ki, yanvarın 15-dək Nazirlər Kabineti tərəfindən sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflər Prezidentə təqdim olunacaq: “Bu isə təbii ki, 2023-cü ildə sosial təminatla bağlı addımların davam edəcəyindən xəbər verir. Gözlənilir ki, yaxın vaxtlarda Prezident tərəfindən müavinət və təqaüdlərin artırılması ilə bağlı yeni sərəncam imzalanacaq. Minimum əməkhaqqının artırılması ilə eyni zamanda vahid tarif cədvəlinə uyqun olaraq əməkhaqqı da artırılır”.
Ekspert xatırladıb ki, 2022-cü ildə orta aylıq əməkhaqqı təxminən 15 faiz artıb: “Bu əslində son illərin ən yüksək artımıdır. 2023-cü ildə də minimum əməkhaqqının 15 faiz artması və digər sektorlarda əməkhaqqının artmasının müşahidə edilməsi, cari ildə də orta aylıq əməkhaqqındakı artım tempinin davam edəcəyindən xəbər verir”.
2022-ci ilin ilk ayında orta aylıq əməkhaqqının 828 manat olduğunu, ilin sonuna kimi təxminən 840 manata qədər yüksəldiyini bildirən V.Bayramov xatırladıb ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə 2023-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqının 900 manatdan çox olacağını bəyan edib. Vüqar Bayramov Azərbaycanın müstəqillik tarixində orta aylıq əməkhaqqının ilk dəfədir ki, 900 manata çatacağını sosial təminat siyasətinin əsas göstəricilərindən biri olduğunu deyib.
Ekspert, həmçinin xatırladıb ki, 2023-cü ildə şəhid ailələrinin, eləcə də qazi və ailə üzvlərinin sosial təminatının gücləndirilməsi ilə bağlı tədbirlər davam etdiriləcək: “Prezidentin qeyd etdiyi kimi, 2023-cü ildə də qazi və şəhid ailələrinə mənzillərin təqdim edilməsi və onların sosial təminatının daha da gücləndirilməsi ilə bağlı tədbirlərin və bütövlükdə bu sahədə siyasətin genişləndirilməsi həyata keçiriləcək. 2023-cü ildə dövlət büdcəsindən sosial istiqamətdə ayrılan vəsaitin həcmi 15,2 milyard manat olacaq. Bu büdcə xərclərinin 46 faizi deməkdir. Nəzərə alsaq ki, 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzurun qurulması üçün dövlət büdcəsindən 3 milyard manat vəsait ayrılacaq, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun bərpası və təhlükəsizlik xərclərimiz büdcə xərclərinin təxminən dörddə birini təşkil edir. Bu kontekstdə bir tərəfdən Qarabağda quruculuq işləri, digər tərəfdən sosial təminat Azərbaycan üçün prioritet olaraq qalmaqdadır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ildə də sosial siyasətin prioritetliyinin qorunub saxlanması ilə bağlı tədbirləri gücləndirəcək, bu isə ondan xəbər verir ki, ölkəmiz sosial dövlət statusunu 2023-cü və növbəti illərdə də qoruyub saxlayacaq”.