Xəbər Lenti
Dünən, 13:00
Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Dünən, 12:41
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Dünən, 12:30
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Dünən, 12:16
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
22-04-2026, 20:45
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
22-04-2026, 20:44
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
22-04-2026, 10:33
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
21-04-2026, 14:16
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
21-04-2026, 11:28
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
21-04-2026, 11:23
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
23 Fevral 2023 06:38Siyasət
ABŞ səfiri Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Amerika Birləşmiş Ştatlarının Rusiyadakı səfiri Linn Treysi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə P.Bülbüloğlu təyinatı münasibətilə həmkarını təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan səfiri diplomatik korpusun duayeni qismində fəaliyyəti, təşkil edilən görüş və mədəni tədbirlər barədə məlumat verib.
Görüşə görə təşəkkürünü bildirən Linn Treysi 2022-ci ildə Azərbaycana səfərini xatırladıb, Prezident İlham Əliyevlə görüşün ona olduqca müsbət təsir bağışladığını deyib və ölkəmizin qonaqpərvərliyi haqqında xoş təəssüratlarını bölüşüb. Vurğulanıb ki, ABŞ Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunmasında, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin tezliklə normallaşmasında maraqlıdır.
Polad Bülbüloğlu Azərbaycan-ABŞ münasibətlərinə toxunaraq, ölkəmizin ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb və Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, uzun illər aparılmış və heç bir fayda verməyən danışıqlar prosesi, münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyətindən bəhs edərək, Prezident İlham Əliyevin uzun illər ərzində münaqişəni sülh yolu ilə həlli üçün çalışdığını, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən ölkəmizin məcbur olaraq cavab addımları atdığını söyləyib.
Vətən müharibəsində Qələbə haqqında danışan səfir yeni nəsil gənclərimizin son dərəcə vətənpərvər olduqlarını, öz torpaqları naminə vuruşduqlarını, Azərbaycan Ordusunda bir nəfər də fərari olmadığını, 30 illik işğaldan, ağır müharibədən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə məhz Azərbaycanın sülh müqaviləsinin imzalanmasını Ermənistana təklif etdiyini vurğulayıb.
Görüşdə regionda baş verən digər proseslər və maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xanım Linn Treysi Azərbaycanın İrandakı səfirliyinə edilmiş hücumu pisləyib və bununla əlaqədar Azərbaycan tərəfinə başsağlığı verib.
İki səfirlik arasında qarşılıqlı münasibətlərin qurulmasında maraqlı olduğunu deyən diplomat gələcəkdə də belə görüşlərin keçirilməsinin önəmini qeyd edib.
Sonda qonağa Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə olunub.
Qeyd edək ki, son iki həftə ərzində səfir Polad Bülbüloğlu, həmçinin Tanzaniya, İraq və Tailandın Rusiyadakı səfirləri ilə görüşüb.