Xəbər Lenti
Bugün, 10:29
Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II
10-07-2025, 13:22
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
9-07-2025, 12:45
Gədəbəyin icra hakimiyyətinin vəzifəli şəxsi qazini döyüb? “Lexus”a minib qaçdı- Video
9-07-2025, 08:08
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
9-07-2025, 07:51
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
9-07-2025, 07:48
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə
23 Yanvar 2023 06:39Siyasət
Azərbaycan müharibə dövründə Ukraynaya nə qədər yardım göstərib?
Azərbaycan ilə Ukrayna arasında mövcud olan dost əlaqələri qarşılıqlı hörmət prinsipinə əsaslanır. Bu prinsip tarixin müxtəlif dönəmlərində keçərli olub və indi də belədir. Azərbaycan 44 günlük Vətən müharibəsində də Ukraynadan dost münasibəti gördü. Azərbaycan da Ukrayna ilə dost ölkə olduğunu Rusiya-Ukrayna müharibəsi dönəmində bir daha göstərməkdədir. Müharibə dönəminin xronologiyasına nəzər yetirsək, bunun əyani şahidi olarıq.
Müharibənin ilk günlərindən başlayaraq Azərbaycan dövləti Ukraynaya humanitar yardımlar göndərməyə başladı. İlk yardım müharibə başlayandan cəmi üç gün sonra - fevralın 27-də çatdırıldı. Ümumi çəkisi 137 tona yaxın dərman vasitələri, tibbi avadanlıqlar və ləvazimatlar olmaqla, humanitar yardım Ukrayna ərazisinə gətirildi. Bu ənənə müharibənin 11 ayı ərzində geniş spektrdə davam etdirilir və humanitar yardımın çeşidi də genişlənib. Buraya ərzaq məhsulları, dərman vasitələri, tibbi ləvazimatlar, avadanlıqlar, generator və transformatorlar daxildir. Bundan başqa, Ukraynanın müxtəlif şəhərləri ilə qardaşlaşmış Bakı, Gəncə və Sumqayıt şəhərlərinin icra hakimiyyətləri tərəfindən bu ölkəyə tibbi sərfiyyat, ərzaq məhsulları, geyim malları, körpə uşaq qayğısı məhsulları göndərilib.
Bu günədək göndərilən və çəkisi 1050 tona yaxın olan dövlət yardımlarının ümumi məbləği təxminən 30 milyon manata yaxındır. Azərbaycanın özəl şirkətləri və vətəndaşları da dəfələrlə Ukraynaya humanitar yardımlar göndəriblər.
Ukrayna böhranı ilə əlaqədar, həmçinin Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təşkilatçılığı ilə 90-a yaxın ukraynalı uşaq Azərbaycanın müxtəlif sosial-reabilitasiya mərkəzlərində olub. İrpen şəhərində hərbi əməliyyatlar zamanı dağılmış akademik Zərifə Əliyeva adına orta məktəb SOCAR-ın Ukraynadakı nümayəndəliyi tərəfindən tam təmir edilib. SOCAR, həmçinin Ukraynada təcili tibbi yardım, Fövqəladə Hallar Dövlət Xidmətinin avtomobillərini 200 min litrdən çox pulsuz yanacaqla təmin edib.
Digər məqam isə Ukraynada yaşayan azərbaycanlıların humanitar yardımlarda fəal iştirakı ilə bağlıdır. Bu fəallıq xüsusilə cəbhə və cəbhəyanı bölgələrdə özünü büruzə verir.
Sadalanan məqamlar Azərbaycanın Ukraynanın təkcə xoş deyil, həm də ağır günlərində onun yanında olduğunu göstərir. Azərbaycan Ukraynanın böhranlı günlərində öz səmimiyyətini, mehriban dostluğunu bir daha sübuta yetirir. Bu, bir daha onu göstərir ki, iki ölkə arasında strateji münasibətlər tarixi bağlılığa əsaslanır.