Xəbər Lenti
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 09:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
26-10-2026, 14:29
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26-10-2026, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
25 Dekabr 2022 18:44Mədəniyyət
İsfar Sarabskinin musiqilərindən ibarət Yeni il axşamı
“The Landmark” otel və biznes mərkəzində pianoçu, bəstəkar, Əməkdar artist İsfar Sarabskinin caz musiqisinin gözəl motivləri ilə Yeni il axşamı təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, gecədə İsfar Sarabski ilə bərabər ifaçılar Elnur Hüseynov və Diana Hacıyevanın müşayiəti altında rəngarəng caz musiqilərindən ibarət ifalar səsləndiriləcək.
Qeyd edək ki, məşhur Azərbaycan opera müğənnisi, aktyor, Şərq opera sənətinin əsasını qoyanlardan biri olan Hüseynqulu Sarabskinin nəticəsi məşhur pianoçu İsfar Sarabski dünyanın "Royal Albert Hall", "Queen Elizabeth Hall", "Miles Davis Hall", Jazz club Vibrato, Jazz club "Zinko", "The Konzerthaus", Jazz club "Asphalt", Jazz club "Duc des lombards", Jazz club "Porgy & Bess", Jazz club "Bird’s eye", "Teatre Apollo" kimi ən nüfuzlu konsert salonlarında çıxış edib. Pianoçu eyni zamanda özünün yaratdığı "İsfar Sarabskinin triosu" adlı kiçik ansamblı ilə dünyanın bir çox ölkələrində keçirilən festivallarda uğurla iştirak edərək, vətənimizi təmsil edib. İ.Sarabski "Novruz", "G-Man", "Generation", "Edge", "Deja-vu", "Last chance", "Preludiya", "Agent", "Revival", "Eastern market", "Now I’m here", "In transit to New York", "Buta", "Lullaby", "Limping stranger", "Cobra dance", "In memory of V.Mustafazade" əsərlərinin müəllifidir. O, 2009-cu il iyulun 18-də keçirilən 43-cü Montrö Caz Festivalının qalibi olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin