Xəbər Lenti
20-06-2026, 12:24
Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
19-06-2026, 17:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 17:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 11:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18 Dekabr 2022 05:01Mədəniyyət
Bakıda Türk Filmləri Həftəsi başlayıb
Nizami Kino Mərkəzində Türk Filmləri Həftəsinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakıdakı Yunis Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan mərasimə həftə boyu nümayiş olunacaq filmlərin yaradıcı heyəti, tanınmış türk sənətçiləri, kinematoqrafçıları qatılıb.
Nümayişdən əvvəl mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç və başqaları çıxış edib. Onlar iki qardaş ölkənin tarixən siyasi və mədəni sahədə bağlı olduqlarını söyləyib, müasir dövrdə Azərbaycan sənətçilərinin peşəkarlığı ilə Türkiyənin kino təcrübəsi arasında mübadilənin vacibliyini önə çəkiblər. Bildiriblər ki, xalqları yaxınlaşdıran yeganə vasitə kinodur. Buna görə də Azərbaycan-Türkiyə əlaqələri “yeddinci sənət” üzərində qurulmalıdır.
Sonra Semih Kaplanoğlunun “Bağlılık Hasan” dramı nümayiş olunub. Filmin qəhrəmanı keçmişi ilə barışan bir insandır. İllər boyu həyatla mübarizə aparan Həsən və həyat yoldaşı Filiz bu dəfə ətrafındakı insanları düşünmədən istədikləri kimi yaşayırlar.
Qeyd edək ki, Türkiyə istehsalı olan “Bağlılık Hasan” 94-cü “Oskar” mərasimində “Ən yaxşı xarici film” nominasiyasında qalib olub.
Nümayişlər dekabrın 21-dək davam edəcək. Həftə ərzində İsmail Fidanın “Rafadan Tayfa Göbeklitepe”, Mustafa Uğur Yağcıoğlunun “Aşkin Ömrü”, Emir Khalizadehin “Adanış - Kutsal Kavga”, Özer Feyzioğlunun “İyi ki varsın Eren”, Kemal Uzunun “Ankara Yazı” və Mehmet Ada Öztekinin “7. Koğuştaki Mucize” filmləri böyük ekranlarda Azərbaycan altyazıları ilə göstəriləcək.
Layihə çərçivəsində tanınmış Türkiyə kinorejissoru Semih Kaplanoğlunun iştirakı ilə azərbaycanlı gənc kinosevərlər üçün ustad dərsi təşkil olunacaq.
Film nümayişlərinə və ustad dərsinə giriş sərbəstdir.