Xəbər Lenti
Bugün, 08:45
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Bugün, 08:18
Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
Dünən, 13:00
Bədən və ruh estetikasının peşəkar wnvanı – Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov
31-01-2026, 09:38
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
31-01-2026, 09:27
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
30-01-2026, 14:16
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
30-01-2026, 10:11
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
30-01-2026, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
30-01-2026, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
30-01-2026, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Kənd turizmi ilə məşğul olan şəxslər Göyçayda bir araya gəldilər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində iyunun 25-də Göyçayda “Aqroturizm və Məşğulluq” (#GöyçayFest) festivalı təşkil edib.
Festivalda Göyçay və ətraf rayonlardan olmaqla, ümumilikdə 10 rayon və şəhərdən 40-a yaxın kənd turizmi, o cümlədən aqroturizmlə məşğul olan şəxsin təsərrüfatlarının təqdimatı keçirilib, eləcə də müxtəlif əl işləri olan şəxslərin məhsullarından ibarət sərgilər açılıb.
Festivalın açılışında Göyçay Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən İkram Vəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, Kiçik və Orta Biznesinin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Hikmət Məmmədov, deputat Məzahir Əfəndiyev, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vahid Əliyev, Dövlət Turizm Agentliyinin nümayəndəsi Niyaz Əliyev, BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev və digər rəsmi şəxslər çıxış ediblər. Vurğulanıb ki, festivalın təşkilində əsas məqsəd regionda aqroturizm və ekoturizmin, eləcə də qastronomiyanın inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə marağını artırmaq, aqroturizm sahəsində idarəetmə təcrübəsini təşviq etməklə əhalinin məşğulluq imkanlarını genişləndirmək, Peşə Hazırlığı mərkəzlərinin müdavimləri, xüsusilə də gənclər üçün əlavə gəlir və qazanc gətirən, həmçinin iqtisadi dayanıqlılığı özündə birləşdirən turizm növlərinin inkişafına dəstək göstərməkdir.
Festivalın əhəmiyyətindən danışan natiqlər aqroturizmin ölkəmizdə getdikcə daha geniş yayıldığını, əhalinin məşğulluğunun təmin olunmasında aqroturizmin geniş imkanlarının olduğunu bildiriblər.
Qeyd edilib ki, Aznar ASC in baş sponsorluğu ilə keçən festival aqroturizm vasitəsilə kəndlərin sosial-iqtisadi inkişafına təkan verilir, yeni iş yerləri yaradılır, sosial-mədəni xidmət sahələrinin inkişafına yol açılır.
Festivalda iştirakçılar kənd təsərrüfatı, ictimai iaşə və aqroturizm istiqamətində maraqlı subyektlərin sərgiləri ilə tanış olublar. Habelə, bu istiqamətlərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin məhsulları və həyata keçirilən layihələr nümayiş etdirilib.























































