Xəbər Lenti
Bugün, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Bugün, 11:24
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
24-10-2026, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
23-10-2026, 11:46
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Zooloji Parkında pələng balasının doğulması ilə bağlı paylaşım edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "instagram" səhifəsində Bakı Zooloji Parkında pələng balasının doğulması ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Bakı Zooloji Parkının tarixində ilk dəfə! Pələng ilində dünyaya gələn dişi pələng balası - Nur.
Bu balanın dünyaya gəlməsi bizim üçün möhtəşəm hadisədir, çünki pələnglər digər məməlilər kimi sürətlə çoxalmır. Təbiətdə pələnglərin nəsli kəsilmək üzrədir və hal-hazırda 4000-dən az fərd qalıb.
Bala hal-hazırda karantində, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır və daha sonra valideynlərinə qovuşacaq".























































