Xəbər Lenti
15-07-2026, 19:00
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
15-07-2026, 18:33
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
15-07-2026, 11:57
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
15-07-2026, 11:00
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
14-07-2026, 20:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
14-07-2026, 17:23
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
14-07-2026, 17:10
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
14-07-2026, 16:55
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
14-07-2026, 14:33
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
14-07-2026, 14:01
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
13-07-2026, 21:22
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
13-07-2026, 21:10
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
13-07-2026, 20:06
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirildi
İyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirilib.
Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tədbiri açaraq parlamentin komitə iclaslarının “Şuşa ili”ndə Azərbaycanın mədəniyyət paytaxtı kimi yenidən dirçələn Şuşa şəhərində keçirilməsinin qürurverici olduğunu söyləyib.
O, Milli Məclisin komitə iclaslarının Şuşa şəhərində keçirilməsinə verdiyi dəstəyə görə parlamentin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib. Komitə sədri iclasın “Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yeni regional, sosial-iqtisadi, aqrar inkişafın ünvanıdır” mövzusunda dinləmələrə həsr olunduğunu diqqətə çatdırıb.
Siyavuş Novruzov incəsənətimizin beşiyi olan Şuşanın artıq qələbəmizin, birliyimizin də rəmzinə çevrildiyini qeyd edib, burada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə aparılan bərpa-quruculuq işlərinin miqyasından danışıb.
Komitə sədri Prezident İlham Əliyevin fərmanı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılmasının ölkədə regional iqtisadi idarəetmənin təkmilləşdirilməsi və ərazicə optimallaşdırılması baxımından əhəmiyyətindən bəhs edib, bu iqtisadi zonalara daxil olan rayonların hər birinin özünəməxsus zəngin təbii resurslara, yüksək iqtisadi potensiala malik olmasını diqqətə çatdırıb.
Sonra çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusunun şanlı Zəfəri ilə 30 illik həsrətə son qoyulmasından danışıb. O, cəmi 44 gün ərzində torpaqlarımız işğaldan azad edildiyi kimi, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərin qısa müddətdə dirçələcəyinə inamını bildirib.
Komitə sədri Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinə daxil olan rayonların iqtisadiyyatında ənənəvi sahələrə üstünlük verilməklə yanaşı, rəqabətədavamlı qeyri-ənənəvi sahələrin də inkişaf etdirilməsi ilə bağlı qeydlərini bildirib, işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı ilə bağlı fikirlərini səsləndirib.
İclasda Regional məsələlər komitəsi sədrinin müavini Elşən Musayev, deputatlar Cavanşir Paşazadə, Nizami Cəfərov, Cavid Osmanov, Aydın Hüseynov, Aqil Məmmədov, Novruzəli Aslanov, Səbinə Xasayeva, İqbal Məmmədov, Azər Badamov, Müşfiq Cəfərov, Malik Həsənov, Əliabbas Salahzadə, Kamran Bayramov və Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edərək torpaqlarımızın azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizə ehtiramlarını bildiriblər, qazilərimizə can sağlığı diləyiblər. Şuşada Milli Məclisin komitələrinin iclasının keçirilməsinə verdiyi dəstəyə görə parlamentin sədri Sahibə Qafarovaya təşəkkürlərini bildirən millət vəkilləri Şuşanın Azərbaycan tarixindəki, onların hər birinin həyatlarındakı yeri barədə danışıblar, bu gün burada olmalarından keçirdikləri hisslərini və təəssüratlarını bölüşüblər. Çıxış edənlər Vətən müharibəsində böyük Zəfərdən sonra azad edilmiş ərazilərdə aparılan geniş vüsətli tikinti və quruculuq işlərini, regionun iqtisadi inkişafı və tərəqqisi istiqamətində həyata keçirilən layihələri, o cümlədən “Yaşıl enerji zonası” Konsepsiyasını yüksək dəyərləndiriblər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının inkişaf potensialı, Böyük Qayıdışın gerçəkləşdirilməsi prosesi ilə bağlı fikirlərini bölüşüblər.
Dinləmələrdə çıxış edənlər iqtisadi zonaların hərtərəfli inkişafının ölkəmizin ümumi iqtisadiyyatının daha da böyüməsinə və dövlətimizin qüdrətinin artmasına öz töhfələrini verəcəyinə inamlarını ifadə ediblər.
Bununla da Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində keçirilən birgə iclası başa çatıb.






















































