Xəbər Lenti
Dünən, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Dünən, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 21:12
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 12:55
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
29-05-2026, 12:10
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
29-05-2026, 12:01
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
29-05-2026, 10:47
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 10:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 16:05
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
28-05-2026, 15:47
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
28-05-2026, 15:37
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
28-05-2026, 15:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
28-05-2026, 13:50
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
QHT zona konfransları gələcəkdə təşkilatların birgə inkişafında yeni mərhələnin əsasını qoyacaq
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Gəncədə “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransı keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan konfrans Gəncə ilə yanaşı, Mingəçevir və Naftalan şəhərlərini, habelə Kəlbəcər, Göygöl, Samux, Daşkəsən və Goranboy rayonlarını əhatə edib.
Konfrans iştirakçıları, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov, agentliyin məsul əməkdaşları, qərb rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, habelə yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransın proqramı haqqında geniş məlumat verib. Bildirib ki, təşkil edilən zona konfransları region QHT-lərinin və ictimai şuraların birgə fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır. Paytaxt və region QHT-lərinin kommunikasiya baxımından birləşməsinə təkan vermək də qarşıya qoyulan məqsədlərdən biridir.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qeyd edib ki, ölkəmizdə qeyri-hökumət təşkilatları bir neçə mərhələdə inkişaf yolu keçib, QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələr formalaşdırılıb. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, QHT-lərə maliyyə, metodiki, konsultativ, təşkilati dəstəyin göstərilməsi və s. bunun bariz nümunəsidir. Bu gün isə QHT-dövlət münasibətlərində yeni mərhələ başlayıb, təşkilati-hüquqi forması, fəaliyyət istiqaməti və idarəetməsi ilə fərqlənən yeni təsisat kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb.
Vüsal Quliyev bildirib ki, bu gün bu sahənin daha da təkmilləşdirilməsi məqsədilə geniş formatda bütün QHT-lərin daha operativ şəbəkələşməsi üçün baza yaradılmalıdır. Regionlarda başlanan zona konfranslarının əsas məqsədi bundan ibarətdir və gələcəkdə bütün təşkilatların birgə inkişafında yeni mərhələnin əsasını qoyacaq. Vüsal Quliyev icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuralara QHT-lərin cəlb edilməsi məsələsinin də olduqca vacib məqamlardan biri kimi qeyd edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, dövlətimiz bu gün ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə sıx işbirliyi qurur, bu sahənin inkişafına dəstək göstərir və regionlarda keçirilən zona konfransları da bunun bariz nümunəsidir. Gəncə şəhərində 50-dən çox QHT və ictimai birliyin fəaliyyət göstərdiyini qeyd edən icra başçısı, bu QHT-lərin üzvlərinin Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai Şurada da təmsil olunduqlarını diqqətə çatdırıb.
Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova, Əli Pənahov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov çıxışlarında zona toplantısının QHT nümayəndələri üçün faydalı olacağını bildiriblər. Bununla yanaşı, icra hakimiyyətləri yanında ictimai şuraların fəaliyyətinə toxunulub, onların işinin daha da genişləndirilməsinin və təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” mövzusunda zona konfransı müzakirələrlə davam edib.























































