Xəbər Lenti
Dünən, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
22-10-2026, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
21-10-2026, 11:54
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
Mingəçevir Dövlət Universiteti “TEKNOFEST”də üç komanda ilə təmsil olunacaq
2022-ci ilin 24 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “TEKNOFEST” aviasiya, kosmos və texnologiya festivalının final mərhələsində universiteti təmsil edəcək komandaların üzvləri ilə görüşüb.
Görüşdə iki qardaş ölkənin birgə təşkilatçılığı ilə reallaşdırılan “TEKNOFEST Azərbaycan” festivalının final mərhələsində MDU-dan üç komandanın iştirak hüququ qazanmasından böyük məmnunluq və fəxarət hissi keçirdiyini bildirən rektor bu münasibətlə universitet təmsilçilərini təbrik edib.
Belə mötəbər tədbirin bu il Türkiyədən kənarda ilk dəfə olaraq Azərbaycanda keçirilməsini iki ölkə arasında yüksək səviyyədə inkişaf edən qardaşlıq münasibətlərinin təzahürlərindən biri olduğunu vurğulayan Ş.Bayramov festival çərçivəsində yeni texnologiyaların və innovativ həllərin təqdim ediləcəyi müsabiqə və hakatonlarda iştirakı gənclərin karyera inkişafında əlamətdar hadisə kimi dəyərləndirib.
MDU-nun festivalda layiqincə təmsil olunacağına əminliyini bildirən rektor komanda üzvlərinə uğurlar arzulayıb.
Göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edən görüş iştirakçıları universitet rəhbərliyinin etimadını doğruldacaqlarını söyləyiblər.
Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da qardaş Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”də iştiraka xüsusi önəm verilir. MDU-nu cari ilin 26-29 may tarixlərində Bakıda baş tutacaq festivalın final mərhələsində Aqrar texnologiyalar müsabiqəsi üzrə “Sevil” və “Agrinova” komandaları, “Smart Qarabağ” hakatonu üzrə isə “Zəfər” komandası təmsil edəcək. Tələbələrdən ibarət MDU komandalarının təqdim etdikləri layihələr universitetin akademik heyət üzvlərinin mentorluğu ilə hazırlanıb. “Sevil” komandası “Ağıllı müqəvva - əkin tarlalarının uzaqdan qorunması”, “Aqrinova” komandası “İrrinova – süni intellektlə suvarmanın uzaqdan idarə olunması” və “Zəfər” komandası “GarabaghVRTEX – Qarabağdakı tarixi məkanların virtual reallıq ilə gəzinti cihazının dizaynı” layihələrini nümayiş etdirəcək.






















































