Xəbər Lenti
15-07-2026, 19:00
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
15-07-2026, 18:33
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
15-07-2026, 11:57
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
15-07-2026, 11:00
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
14-07-2026, 20:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
14-07-2026, 17:23
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
14-07-2026, 17:10
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
14-07-2026, 16:55
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
14-07-2026, 14:33
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
14-07-2026, 14:01
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
13-07-2026, 21:22
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
13-07-2026, 21:10
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
13-07-2026, 20:06
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycanda Kino Agentliyi publik hüquqi şəxs yaradılır - FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə qərara alınır:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradılsın.
Müəyyən edilsin ki:
- Agentlik Azərbaycan Respublikasında kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir;
- Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
- Agentliyin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata keçirir.
Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
- Azərbaycan Respublikasının Prezidentinə:
- Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
- Agentliyin idarəetmə orqanlarının yaradılması;
- Agentliyin yenidən təşkili və ləğvi;
Nazirliyə:
- bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- iki ay müddətində:
- Agentliyin nizamnaməsinin layihəsini və nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Agentliyin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görsün;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Nazirlik:
- Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.






















































