Xəbər Lenti
15-07-2026, 19:00
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
15-07-2026, 18:33
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
15-07-2026, 11:57
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
15-07-2026, 11:00
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
14-07-2026, 20:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
14-07-2026, 17:23
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
14-07-2026, 17:10
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
14-07-2026, 16:55
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
14-07-2026, 14:33
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
14-07-2026, 14:01
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
13-07-2026, 21:22
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
13-07-2026, 21:10
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
13-07-2026, 20:06
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Milli Məclisin Şuşada iclası keçirildi
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçirilib.
Birgə iclasda müzakirəyə çıxarılan qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub.
Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.
Qeyd edilib ki, Anlaşma Memorandumu 1 il müddətinə qüvvədə qalır ve Tərəflərdən birinin digərlərinə Anlaşma Memorandumunun müddətinin bitməsindən 30 gün əvvəl diplomatik kanallar vasitəsilə onu ləğv etmək niyyəti barədə yazılı olaraq bildiriş vermədiyi təqdirdə, avtomatik olaraq sonrakı birillik müddətə uzadılır. Bu Anlaşma Memorandumu bildirişin alındığı tarixdən 30 gün sonra ləğv edilir.
Anlaşma Memorandumu tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə ve ona əlavələr edilə bilər. Belə dəyişiklik və əlavələr bu Anlaşma Memorandumunun tərkib hissəsi olub ayrıca sənəd şəklində bağlanılır və bu Anlaşma Memorandumu ilə eyni qaydada qüvvəyə minir.
Bundan əlavə “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimi məqsədilə ev sahibi ölkəyə gətirilən təchizat və avadanlıqlar gömrük rüsumlarından və vergilərdən azad ediləcək.
Daha sonra isə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Bildirilib ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə rezidentlərin xarici valyuta hesabları ilə bağlı tələblər artırılıb.
Azərbaycan Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edilmədikdə rezidentlər əldə etdikləri xarici valyutanı məcburi şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidir.
Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub.






















































