Xəbər Lenti
Bugün, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
18-10-2026, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
24 Fevral 2022 18:58Manşet / İqtisadiyyat
Pirallahı Sənaye Parkına 12 milyon pul qoyulacaq: Yeni iş yerləri yaradılacaq
Fevralın 24-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Pirallahı Sənaye Parkına mediatur təşkil edilib.
Nazirlikdən bildirilib ki, media nümayəndələrinə Pirallahı Sənaye Parkı və burada görülmüş işlər barədə məlumat verilib.
Pirallahı Sənaye Parkı əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılıb. Ümumi ərazisi 30 hektar olan Pirallahı Sənaye Parkında hazırda 4 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib ki, bunlardan da 2-si artlq fəaliyyət göstərir.
Rezidentlər tərəfindən Sənaye Parkına 37 milyon manatadək investisiya yatırılıb, 100-dən çox daimi iş yeri yaradılıb. Bundan başqa, mövcud layihələr üzrə əlavə olaraq 12 milyon manat investisiyanın qoyulması, 200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
İndiyədək Sənaye Parkının rezidentləri tərəfindən 14 milyon manatdan çox məhsul istehsal edilib.
KİV nümayəndələri Pirallahı Sənaye Parkının rezidenti, dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi “R-Pharm” MMC ilə tanış olublar.
Qeyd edilib ki, “R-Pharm” MMC 2018-ci ildə Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və 2019-cu il dekabrında müəssisənin açılışı olub.
Müəssisə Avropa ölkələrinin aparıcı şirkətlərinin müasir avadanlıq və texnologiyaları ilə təchiz olunub. İnvestisiya dəyəri 16 milyon ABŞ dolları olan müəssisənin illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edir. Hazırda müəssisədə 40 nəfərdən çox işçi çalışır.
Bu yaxınlarda “R-Pharm” MMC tərəfindən şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan “Diabeton® MR” (qliklazid) preparatının istehsalına başlanılıb. Artıq müəssisə tərəfindən 200 min qutu dərman preparatı istehsal edilib. Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu “Diabeton® MR” preparatının istehsalı planlaşdırılır.
Gələcəkdə müəssisədə onkoloji, HİV/QİÇS-in, qan və sinir sistemi, ürək-damar sistemi və s. xəstəliklərinin müalicəsinə yönəlmiş dərman preparatlarının istehsalı planlaşdırılır.
“R-Pharm” MMC-də istehsal prosesi Beynəlxalq GMP standartlarına uyğun şəkildə həyata keçirilir. “R-Pharm” MMC ölkəmizdə GMP sertifikatını alan ilk əczaçılıq müəssisəsidir.





















































