MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
İran rəsmiləri 8 milyard dollarlıq dondurulmuş aktivlərin azad edilməsi müqabilində Hörmüz boğazının dəniz nəqliyyatına açılması barədə yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildiriblər. Tehran administrasiyası yalnız irəli sürdükləri şərtlərin yerinə yetiriləcəyi təqdirdə danışıqları qəbul edəcəklərini vurğulayıb.
“Qafqazinfo”nun xəbərinə görə, “Fars” xəbər agentliyinə açıqlama verən və adı açıqlanmayan rəsmi şəxs səkkiz milyard dollar müqabilində boğazın yenidən açılması istiqamətində hər hansı danışıqların aparıldığını qəti şəkildə təkzib edib.
Bununla belə, bəzi beynəlxalq KİV-lər, o cümlədən İsrailin “Israel Hayom” qəzeti ABŞ Prezidenti Donald Trampın Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə İranın təkliflərini müzakirə etmək üçün görüşəcəyini iddia etmişdi.
Tehran rəhbərliyi Vaşinqtona qarşı irəli sürdüyü tələblərdə qətiyyətli olduğunu bildirib. Belə ki, İranın əsas tələblərinə dəniz blokadasının tamamilə qaldırılması, ticarət və neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçməsi üçün rəsmi zəmanətlər, birtərəfli sanksiyaların ləğv edilməsi, neft ixracına qoyulan məhdudiyyətlərə son qoyulması, xaricdə dondurulmuş aktivlərin sərbəst buraxılması, nüvə materiallarının ölkə daxilində saxlanması və mövcud hərbi qarşıdurmanın, eləcə də, müharibənin sona çatdırılması daxildir.






















































