Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Avropa İttifaqı geri addım atdı
Monreal sammiti ərəfəsində Avropa İttifaqı Kanadaya “assosiasiativ üzv” statusunun verilməsi planından imtina edib. Üzv dövlətlər arasında yaranan kəskin fikir ayrılıqları səbəbindən sammitin yekun bəyanat layihəsindəki ifadələr yumşaldılıb.
“Qafqazinfo” xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bir müddət əvvəl səsləndirdiyi bu təşəbbüsün Aİ müqavilələrində hüquqi əsasının olmaması narazılıq doğurub.
Xüsusilə Almaniya statusun yalnız namizəd ölkələrə şamil edilməsini tələb edib. Həmçinin ABŞ Prezidenti Donald Trampın bu addımı “düşmənçilik” kimi dəyərləndirib ticarəti dayandırmaq hədəsi də bu qərara təsir göstərib.
Yenilənmiş layihəyə əsasən, tərəflər 2027-ci ilə qədər tam üzvlükdən kənar, sadəcə “daha sıx tərəfdaşlıq” modeli üzərində işləyəcəklər. Kanadanın Baş naziri Mark Karni ticarət və enerji sahəsində Aİ ilə əlaqələri genişləndirmək niyyətində olduqlarını, lakin tam üzvlük məqsədi daşımadıqlarını bildirib.






















































