Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman müəllim– “Dövlətə və dövlətçiliyə sədaqət andı”
“Hörmüzdən neft daşımaları müharibədən əvvəlki səviyyəni keçib”
“Hörmüz boğazından inanılmaz miqdarda neft daşınır”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdən Baltimorda keçiriləcək tədbirə yollanarkən jurnalistlərə açıqlamasında deyib.
Tramp son günlər Hörmüz boğazından “inanılmaz” miqdarda neft daşındığını və neft qiymətlərinin yaxın vaxtlarda düşəcəyini gözlədiyini bildirib.
O, İran iqtisadiyyatının “çox pis” vəziyyətdə olduğunu söyləyib. Tramp İranın neft naziri Möhsün Paknejadın ölkədəki vəziyyətin yaxşı olmadığını əsas gətirərək istefa verdiyini dilə gətirib.
Hörmüz boğazından neft daşınmasına toxunan Tramp boğazın açıq olduğunu deyib.
“Son bir neçə gündə inanılmaz miqdarda, milyonlarla barel neft daşınıb. Biz müharibədən əvvəlki səviyyələrə çatan və ya hətta onu aşan səviyyələrdə daşımalar həyata keçiririk”, - Tramp bildirib.























































