“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Yeni Azərbaycan Partiyasının VIII qurultayı – sabaha doğru addımlar
Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tədbirdə nitq söyləyib.
Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. Partiyanın yaradıcısı dahi şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim partiya statusunu alan YAP daim siyasi proseslərin önündə olub, ona göstərilən etimadın öhdəsindən layiqincə doğruldub.
Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai – siyasi həyatına yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. VI qurultaydan ötən üç il müddətində ciddi irəliləyişlər əldə edən dünənin, bu günün və gələcəyin partiyasının VII qurultayı siyasi təşkilatın tarixində növbəti dönüş nöqtəsi oldu.
Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. İlk dəfədir ki, qurultay Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirildi. Partiyanın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.VIII Qurultayın əsas siyasi mesajljarından biri də məhz budur: Zəfər son deyil, yeni məsuliyyətlərin başlanğıcıdır. Ərazi bütövlüyünün və suverenliyin bərpası Azərbaycanın qarşısında daha geniş inkişaf perspektivləri açır. Dövlətçiliyin qorunması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, milli həmrəyliyin saxlanılması və gələcək nəsillərə daha güclü Azərbaycan dövlətinin ötürülməsi əsas vəzifələr olaraq qalır. Bu baxımdan YAP-ın VIII Qurultayı keçmişə hesabat verməklə yanaşı, siyasi irsin gələcək nəsillərə ötürülməsi baxımından da əlamətdardır.
Günay İbrahimova,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı






















































