Xəbər Lenti
Dünən, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Dünən, 11:24
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
24-10-2026, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Xətai rayonunda möhtəşəm musiqi gecəsi
1xeber.media xəbər verir ki,Bakı şəhərinin mədəni həyatında əlamətdar hadisələrdən biri baş tutmağa hazırlaşır. Paytaxtın Xətai rayonunda Azərbaycanın milli-mənəvi sərvəti olan muğam sənətinə həsr olunmuş genişmiqyaslı “Muğam Axşamı” konsert proqramı təşkil ediləcək.
Rəsmi tədbir afişalarından əldə olunan məlumata görə, bu möhtəşəm musiqi gecəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə ərsəyə gəlir.
Musiqisevərləri bir araya gətirəcək konsert proqramı 26 Avqust 2026-cı ii,saat: 19:00-da, Xətai rayonu Heydər Əliyev adına İstirahət Parkının amfiteatrında baş tutacaq.
Konsert proqramı Azərbaycanın muğam sənətinin korifeylərini, ustad xanəndələrini və tanınmış gənc ifaçılarını eyni səhnədə birləşdirəcək
Tədbirin rəsmi informasiya dəstəyi isə ölkənin tanınmış media qurumları olan RTV və News24.az tərəfindən təmin edilir.
Açıq səmada, parkın amfiteatrında təşkil olunacaq konsert proqramına paytaxt sakinlərinin və muğamsevərlərin böyük maraq göstərəcəyi gözlənilir.























































