Menu
Xəbər Lenti
“Azeri Light” ucuzlaşdı
11-11-2026, 10:34

“Azeri Light” ucuzlaşdı

Pezeşkian Türkiyəyə gedir
11-11-2026, 10:18

Pezeşkian Türkiyəyə gedir

24 Avqust 2026 12:03Manşet / Sosial

85 min şəxsə reabilitasiya xidmətləri göstərildi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

“Qafqazinfo” xəbər verir ki, onlardan 45,2 min şəxsə ambulator, 20,9 min şəxsə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.

Reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.

Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.