ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Laçındakı “Simurq” kitabxanası niyə bağlanır? - Açıqlama
Laçında iki il əvvəl fəaliyyətə başlamış “Simurq” kitabxanası bağlanır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə kitabxananın sosial şəbəkə hesabında paylaşım olunub.
İddia olunur ki, artıq 6 aydır fəaliyyəti dayandırılmış kitabxana gəlirli biznes sahəsi olmadığına görə tamamilə bağlanılır.
Tanınmış dövlət xadimi Tağı Şahbazi Simurqun adını daşıyan kitabxana Bakı Abadlıq Xidmətinin nəzdində olub. Kitabxana fondu AMEA, BDU, AYB, M.F. Axundov adına Milli Kitabxananın, eləcə də müxtəlif şəxslərin könüllü ianələri hesabına formalaşdırılmışdı. Qısa müddət ərzində burada 4 000-ə yaxın kitabdan ibarət zəngin fond yaradılmışdı.
Məsələ ilə əlaqədar Bakı Abadlıq Xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Xidmət Laçın şəhərinin abadlaşdırılması zamanı yalnız şəhər infrastrukturunun qurulmasına deyil, yeni köçəcək sakinlər üçün mədəni və sosial mühitin formalaşdırılmasına da dəstək verib: “Bu çərçivədə keçmiş klub binası yenidən qurularaq “La Cinema” kinoteatrı bərpa edilib, Hoçazfilm kinopavilyonunun, “Gilabi Ceramics” yaradıcılıq mərkəzinin yaradılmasına və ilkin mərhələdə fəaliyyətinə dəstək göstərib. Lakin uzunmüddətli mədəni layihələrin saxlanılması və maliyyələşdirilməsi şirkətin əsas fəaliyyət istiqamətinə daxil deyil. Layihələrin gələcək fəaliyyəti də onların real tələbatı və özünü təminetmə imkanları nəzərə alınmaqla formalaşıb. “Simurq” kitabxanası da o cümlədən ayrıca kitabxana müəssisəsi kimi deyil, yenidən qurulmuş “La Cinema” kinoteatrının texniki-inzibati hissəsində yerləşən çox kiçik bir otaqda təşəbbüs kimi yaradılıb. Kitab fondu əsasən müxtəlif şəxslərin və qurumların hədiyyə etdiyi kitablardan formalaşıb. Buna baxmayaraq, Bakı Abadlıq Xidməti 3 ilə qədər müddətdə burada iki əməkdaşın çalışmasını təmin edib.
Hazırda “La Cinema”da keçiriləcək ilk beynəlxalq film festivalına hazırlıq çərçivəsində təmir və yenilənmə işləri aparılır. Kinoteatrın yeni funksional və texniki tələbləri nəzərə alınaraq kitabxana fondunun gələcək istifadəsi məsələsi aidiyyəti qurumların diqqətinə çatdırılıb. Fondun inventarlaşdırılaraq təmənnasız şəkildə şəhər məktəbinin kitabxanasına verilməsi təklif olunub.
Bakı Abadlıq Xidməti kitabxananın yaradılmasına və uzun müddət fəaliyyət göstərməsinə dəstək verməklə bu təşəbbüslə bağlı üzərinə düşəni yerinə yetirib. Bundan sonrakı mərhələdə kitabxananın fəaliyyətinin davam etdirilməsi və ya fondunun harada saxlanılması isə artıq aidiyyəti dövlət qurumlarının səlahiyyətində olan məsələdir”.
Gülnar Əliyeva























































